Onlar yaramaz əməl etdikləri zaman: "Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir"– deyirlər. De: "Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allah`a qarşı bilmədiyinizi danışırsınız?" (Əraf surəsi, 28)
Romantizm bir ideologiya olmaqla yanaşı, müxtəlif ideologiya və düşüncələrə təsir edən, emosianal atmosfer qazandıran, beləliklə də insanları ağıldan uzaqlaşdıran məfhumdur. Faşizm və ya kommunizm kimi tamamilə dindən kənar və azğın ideologiyalara təsir göstərməklə bərabər, bəzən də dindar kimi görünən insanlara da təsir edir.
Bu mövzuya keçməzdən əvvəl bir xüsusa toxunmaq lazımdır: din adı altında bir hadisə baş verə bilər, ancaq bu o demək deyil ki, mütləq haqq dində bu hadisə mövcuddur. Tarixdə dinə və dindarlara zərər vermək üçün din və Allah adından istifadə edən bir çox insan, qrup və ideologiya olmuşdur. Allah Quranda bununla bağlı bəzi nümunələri bizə bildirir. Məsələn, Allah`ın Səmud qövmünə elçi kimi göndərdiyi hz. Saleh peyğəmbəri öldürmək üçün tələ hazırlayan qrup, bu işi edərkən öz aralarında Allah adına and içirlər:
Onlar dedilər: "Bir-birinizin yanında Allah`a and için ki, gecə ona və ailəsinə basqın edib öldürəcək, sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik". (Nəml surəsi, 49)
Peyğəmbərlərə qarşı çıxan müşrik qövmlər onları "Allah`a qarşı yalan uydurmaq" la (Şura surəsi, 24) günahlandırıb, özlərini Allah`a inanan dindar insanlar kimi göstərirdilər.Yer üzündə öz ilahlığını iddia edəcək qədər azğınlıq edən Fironun da buna bənzər böhtan atdığı ayədə belə bildirilir:
Firon dedi: "Buraxın məni Musanı öldürüm! Qoy o da Rəbbinə yalvarsın. Çünki mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fəsad törədəcəyindən qorxuram". (Mömin surəsi, 26)
Bu hal insanların din adı altında əslində dinlə əlaqəsi olmayan bəzi azğın düşüncə və fəaliyyət içində oluğunu göstərir. Romantizm də dinlə əlaqəsi olmadığı halda, dinin bir parçası hesab olunan dinsizliyin başında gəlir.
Dinlə romantizmin bir-birilə necə qarışdırıldığını anlamaq üçün dinin təməli olan "ixlas" anlayışını yaxşı qavramaq lazımdır. İxlas, bir işin yalnız və yalnız Allah`ın razılığını qazanmaq üçün edilməsidir. Bir iş ancaq ixlaslı olaraq yerinə yetirilsə, ibadət olar və Allah Qatında dəyər qazanar. Məsələn, namaz qılmaq, oruc tutmaq, zəkat vermək, Allah yolunda cəhd etmək və bütün digər ibadətlər Allah`ın razılığını qazanmaq məqsədi ilə edildiyi təqdirdə, ibadət olar. Allah Quranda "Vay halına namaz qılanların- o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakardırlar" (Maun surəsi, 4-6) buyuraraq, Allah rizası üçün edilməyən ibadətin etibarsızlığına diqqət çəkmişdir.
Romantizm də dini bu yolla təhrif edir. Dini Allah`ın razılığından başqa bir məqsədə istiqamətləndirir: dini insanlara Allah`ın razılığı üçün deyil, öz romantik ehtiyaclarını təmin etmək üçün yaşadır.
Romantizm bu incə, amma çox əhəmiyyətli nüansı aradan qaldırdığı üçün insanlarda tamamilə yalnış din anlayışı formalaşır. Bunun təbii nəticələrindən biri də mistikadır. İxlas ortadan qalxıb din (Allah`ın dinini tənzih edirik) bir növ "psixoloji rahatlama" vasitəsi kimi qəbul edilməyə başladıqa, insanları bu psixologiyaya yönləndirən mistik faktorlar dövrəyə girir. Romantik din anlayışı ilə Quranda Allah`ın bizə öyrətdiyi və Peyğəmbərimizin (s.ə.v) həyatında ən gözəl nümunəsini gördüyümüz gerçək dini müqayisə etdiyimizdə fərq açıq-aşkar ortaya çıxır:
1. Quranda Allah insana ağlını istifadə etməsini, düşünməsini, Allah`ın yaratdıqlarını araşdırmasını və bu yolla iman gətirməsini əmr edir. Halbuki, romantik din anlayışında ağılla düşünülmür. İnsanlar düşünməyə deyil, düşünməməyə yönəldilir.
2. Romantik din anlayışlarının çoxunda insanın özünə zülm etməsi məqbul sayılır. Məsələn, özlərini çarmıxa çəkərək hz. İsaya yaxınlaşdıqlarını düşünən xristianlar vardır. Buddizim kimi Uzaq Şərq dinlərində ac qalmaq, narahat yerdə yatmaq kimi "özünə zülm" nümunələri müqəddəsləşdirilir. Halbuki, Quranda insanın özünə zülm etməsi kimi anlayış qətiyyən yoxdur. "Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər" (Yunus surəsi, 44) bu ayənin hökmü romantizmin səhv məntiqini ən gözəl şəkildə ifadə edir.
Batil dinlərin çoxunda insanların öz bədənlərinə zərər vermələri məqbuldur. Üstəlik, bunu din adına edirlər. Halbuki, bu romantik din anlayışının nəticəsidir
Nəticə etibailə, romantik din anlayışı insanların nəfsində olan; düşünməmə, gerçəklərdən qaçma, insanları bütləşdirmə, nostalji, öz-özünü hörmətdən salmaq və özünə zülm etmək kimi saf dinə tamamilə zidd inanclar ehtiva edən batil sistemdir. İnsanlar Allah`ın özlərindən nə istədiyini öyrənib tətbiq etmək əvəzinə, dədə-babadan miras qalan düşüncə qəliblərini və hərəkətləri davam etdirirlər. Labüd vəziyyətdə ağılla düşünüb hərəkət etməkdənsə, ənənələrdən gələn qaydalara əsasən nəticə çıxarırlar. Quranda bu mövzu ilə əlaqədar çox sayda ayələr var; bunlardan bir neçəsi belədir:
Onlara: "Allah`ın nazil etdiyinə və (göndərdiyi) Elçiyə tərəf gəlin"– deyildikdə: "Atalarımızın tutduğu yol bizə bəsdir"– deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə (onda) necə olsun? (Maidə surəsi, 104)
Onlar yaramaz əməl etdikləri zaman: "Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir"– deyirlər. De: "Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allah`a qarşı bilmədiyinizi danışırsınız?" (Əraf surəsi, 28)
Onlara: "Allah`ın nazil etdiyinə itaət edin!"– deyildikdə, onlar: "Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!"– deyərlər. Əgər şeytan onları (Cəhənnəm) odunun əzabına doğru sürükləyirsə necə olsun? (Loğman surəsi, 21)
NƏTİCƏ
Bir insanın Allah`ın istədiyi kimi saleh imana sahib olması üçün romantizm bataqlığından xilas olması zəruridir. "Çünki Allah Haqdır..." (Həcc surəsi, 62) ayəsində buyrulduğu kimi, Allah həqiqətin özüdür və bunu qavraya bilmək üçün "realist" olmaq lazımdır. Özünü romantizmə təslim edən insanlar ya romantik milliyyətçilik, kommunizm kimi azğın ideologiyalardan təsirlənir, ya dini romantik baxışla şərh edib ağıldan və ixlasdan uzaqlaşırlar. Yaxud da sonrakı hissələrdə araşdıracağımız romantik sevgi anlayışının təsirinə düşürlər. Dini yaşamağa başlasalar belə romantizmin səbəb olduğu qarışıq ruh halı nəticəsində dini yaşamaqda qərarlı və sabit ola bilmirlər. Romantik bəzi faktorlarla dini yaşamağa başlayan, amma qısa müddət sonra bundan imtina edən və yenidən dinsiz həyata dönən bir çox insanlar vardır. Halbuki, Allah insana belə əmr edir:
O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbrli ol! Heç Ona oxşarını tanıyırsanmı?! (Məryəm surəsi, 65)