ROMANTİZM

Site Search



Romantİk mİllİyyətçİlİyİn qanlı qırğını

Qan tökməyi müqəddəs sayan bu ruh halı, insanlığın gördüyü ən qanlı müharibə kimi tarixə yazılmışdı. I və II Dünya müharibələri romantik milliyyətçilərin savaşmasından başqa bir şey deyildi. Almaniyada özünü açıq surətdə büruzə verən romantik milliyyətçi cərəyanı həmin dövrdə ingilis, fransız və rus cəmiyyətlərinə də təsir etmiş və bu ölkələrin rəhbərlərini müharibəyə sürükləmişdir. Razılaşmalarla həll edilə biləcək problemlər qızışdırılmış və dünya milyonlarla insanın həyatına bais olan bir qırğın yaşamışdır.

I Dünya müharibəsinin gedişatını araşdırmaq romantik milliyyətçiliyin nəticələrini göstərməsi baxımından faydalıdır. Müharibəyə bir çox ölkənin qatılmasına baxmayaraq, təməldə bir neçə qabaqcıl dövlət vardı: Bir tərəfdə İngiltərə, Fransa və Rusiya, digər tərəfdə isə Almaniya və Avstriya-Macarıstan. Müharibənin əvvəlində bu ölkələrdəki generalların hamısının ortaq düşüncəsi bu idi ki, güclü bir hücumla düşmən ordusunu yarıb dağıdacaq və bir neçə həftə ərzində zəfər qazanacaqlar. Halbuki, müharibə heç kimə zəfər gətirməmişdir.

Almaniya 1914-cü ildə Fransa və Belçikaya gözlənilməz hücum etmiş və bir az irəlilədikdən sonra döyüş kilid həddinə gəlmişdi. Qurulan cəbhələr 3-5 il boyunca yerindən heç tərpənməmişdi. Hər iki tərəf də düşmən cəbhəsini yarmaq ümidi ilə dəfələrlə bir-birinə hücum etmiş, amma heç bir şey dəyişməmişdir. Almanların hücumu ilə başlayan məşhur Verden döyüşündə 315.000 fransız və 280.000 alman əsgəri ölmüş, amma cəbhə yalnız bir neçə kilometr geriyə çəkilmişdir. Bir neçə aydan sonra ingilis və fransızlar Sommedə hücuma keçmiş, qanlı vuruşmalar nəticəsində 600.000 alman, 400.000-dən çox ingilis və təxminən 200.000 fransız əsgəri ölmüş, nəticədə alman cəbhəsi yalnız 11 kilometr geriyə çəkilmişdi. Romantik marşlarla, şeirlərlə, "alman ruhu", "ingilis qüruru", "fransız cəsarəti" kimi süni romantik anlayışlarla coşaraq ağılsız qərarlar verən idarəçilər öz xalqlarını qırğına məruz qoymuşdular. 3-5 il boyunca bir səngərdə döyüşən və davamlı olaraq bombardman altında yaşayan əsgərlərin çoxunda sonralar psixoloji problemlər baş qaldırmışdı.

Romantik milliyyətçiliyin təşfiqi ilə başlayan döyüşlərdə insan həyatının dəyəri nəzərə alınmamışdır. Romantik marşlarla, şeirlərlə, "alman ruhu", "ingilis qüruru", "fransız cəsarəti" kimi süni romantik anlayışlarla coşaraq ağılsız qərarlar verən idarəçilər öz xalqlarını qırğına məruz qoymuşdular.

Nasist Almaniyasında romantikliyin təsirinə düşmüş kütlələri idarə etmək və nasizmin qeyri-insani ideyalarını həyata keçirmək asanlıqla mümkün olmuşdur.

Romantik milliyyətçiliyin səbəbsiz qırğınının I Dünya müharibəsindəki bariz bir nümunəsi də fransız generalı Robert Nivellenin 1917-ci ilin aprelində alman cəbhə xəttinə qarşı başlatdığı hücum oluşdu.

Nivelle hücumdan əvvəl, "yalnız iki gün içində alman cəbhələrini yaracaqlarını və bir həftə içində qəti zəfər qazanacaqlarını" vəd etmişdi. Alman ordusunun daha üstün olmasına baxmayaraq, bu romantik vədin təsirinə düşən fransız ordusu aprelin 16-da hücuma keçmiş və bu hücum ay yarımdan çox davam etmiş, nəticədə heç bir nəticə əldə edilməmiş, yüz minlərlə əsgər ölmüşdü. Nəticədə də, fransız qüvvələri arasında daxili üsyanlar baş qaldırmışdır.Eyni zehniyyət II Dünya müharibəsində də təkrar olunmuş, bu dəfə daha çox - 55 milyon insan Hitler, Mussolini, Stalin kimi psixopat ruhlu romantiklərin hiddəti nəticəsində ölmüşdür.

Yalnız dünya müharibələrində deyil, müxtəlif ölkələr, qəbilələr və ya təşkilatlar arasındakı döyüş və qarşıdurmaların əsasında da romantizm durur. Yaşadığı dünyanın şərtlərini ağılla qiymətləndirə bilməyən, romantik şüarların, qəhrəmanlıq hekayələrinin, marşların və şeirlərin təsiri ilə silaha sarılan milyonlarla insan həm özlərinin, həm də düşmən saydıqları insanların qanını tökmüş, dünyanı qarışıqlıq və fitnəyə salmışdılar.Əvvəlcə də, romantizmin insanları Allah`ın yolundan azdırmaq və bəlalara məruz qoymaq üçün şeytan tərəfindən istifadə edilən bir silah olduğunu vurğulamışdıq. Şeytanın insanlara qarşı qurduğu bu tələ özünü romantik milliyyətçilikdə çox açıq şəkildə göstərir. Allah Quranda şeytanın insanları çaxnaşma, qarışıqlıq, fitnə və terror hallarına təşvik etdiyi belə bildirir:

(Allah) buyurdu: "Çıx get! (Sənə qiyamətə qədər möhlət verdim!) Onlardan hər kəs sənə uysa, (bil ki) cəzanız Cəhənnəmdir. Özü də tamam-kamal bir cəza! Onlardan kimi bacarırsansa, səsinlə (vəsvəsənlə) yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, ziyana sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver. Şeytan (ona uyanlara) yalnız yalan vəd verər! (İsra surəsi, 63-64)

Bu ayədə şeytan onun təsiri altına girmiş insanları istifadə edərək yer üzündə "yerindən oynadan səslər" və "səfərbər edilən ordular" yaradacağı bildirilir ki, romantik milliyyətçilik də bunun nəticələrindən biridir.

II Dünya Müharibəsinin baş aktyorları olan bu zalım liderlər utopik ideallarının arxasında bütün dünyanı zülmət və qaranlığa sürüklədilər.

Müəllif haqqında

    1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. davamı...

Bir ayə, bir açıqlama

  • aye
  • ayeler
  • sure
  • sureler