ROMANTİZM

Site Search



Romantİk mİllİyyətçİlİyİn fİkrİ dayağı: Darvinizm

Romantik milliyyətçilər romantizmin bir növü olan qırğınları dəstəkləmək üçün bəzi fəlsəfi və sözgəlişi elmi izahlara da müraciət etmişdilər. Bu izahatların təməlini Darvinin təkamül nəzəriyyəsi təşkil edir.

İngilis bioloqu Darvin 1859-cu ildə nəşr olunan "Növlərin mənşəyi" adlı kitabında təbiətdə mərhəmətsiz həyat mübarizəsi olduğunu, bu mübarizənin canlıları inkişaf etdirdiyini və yaranan yeni növlərin də bu mübarizənin qazanılması və itirilməsinə görə yarandığını irəli sürmüşdür. Başqa sözlə, Darvinə görə inkişafın açarı "qarşıdurma"dır. Darvin 1871-ci ildə nəşr etdirdiyi "İnsanın törəməsi" adlı kitabında bu fikirlərini daha qabarıq tərzdə vurğulayır. Bu kitabla birlikdə, insan irqlərinin bəzilərinin digərlərinə görə daha üstün olduğunu iddia etmiş, yəni irqçiliyə zəmin yaratmışdır. Darvin Avropalı ağ irqləri "üstün irqlər" hesab edərkən, zənciləri, asiyalıları və türkləri "yarı meymun, primitiv irqlər" kimi qiymətləndirmişdir.

Darvinin elmdən uzaq bu nəzəriyyəsinin yayılması ilə qarşıdurma və irqçilik sürətlə dəstək qazanmışdır. Belə ki, bu iki anlayış "elmi həqiqət" hesab edilməyə başlanmışdır.Romantik milliyyətçilərin darvinizmlə əlaqəsi də bu məqamda ortaya çıxır. Romantik milliyyətçilərin döyüşmək istəyi və öz irqlərini digərlərindən üstün hesab etmələri darvinizmə əsaslanır.

Milyonlarla insanın qanının axıdılmasına səhnə olan I Dünya müharibəsinin arxasında darvinizmin bu qaranlıq təlqinini tapmaq mümkündür. Yüz minlərlə əsgəri gözlərini qırpmadan ölümə göndərən alman, fransız, ingilis, rus və ya avstriyalı generallar darvinizmin "canlılar mübarizə edərək təkmilləşir, irqlər də döyüşərək irəli gedir" yalanına inanmış və bu hisslərlə döyüş əmri vermişdilər.

Məsələn, I Dünya Müharibəsi generallarından Friedrich von Bernardi müharibə və təbiətdəki mübarizə qanunlarının oxşarlığını belə əlaqələndirmişdir:

Müharibə bioloji ehtiyacdır, təbiətdəki ünsürlərin qarşıdurması qədər həyatidir. Bioloji cəhətdən yerində nəticələr verir, çünki bu nəticələr varlıqların təməl xüsusiyyətləri ilə əlaqədardır. (Antony Smith, İnsan, Yapısı ve Yaşamı, Remzi Kitapevi, İstanbul, 1979, s.33)

Avstriya-Macaristanın baş komandiri general Franz Baron Conrad von Hoetzendorff isə müharibədən sonrakı xatirələrində belə yazmışdır:

Dünya müharibəsinin böyük fəlakəti (insanın həyat mübarizəsi) prinsipi ilə tam uyğunlaşma içində reallaşmışdır. İnsanların və dövlətlərin həyatlarının hərəkətverici qüvvələri vasitəsilə yaranan bu müharibə boşalmalı bir ildırım yükü kimi təbiətin bir qanunudur. (Ceyms Joll, Europe Since 1870: An Intrenational History, Penguin Books, Middlesex, 1990, s. 164)

Almaniyanın baş naziri Theobald von Bethman-Hollwegin fərdi məsləhətçisi və dostu Qurd Riezler 1914-cü ildə belə yazmışdır:Mütləq və əzəli düşmənçilik insanlar arasındakı əlaqələrin təbiətində vardır. Hər yerdə gördüyümüz daimi nifrət… insan təbiətinin pozulmasından törəmir, əksinə, təbiətin və həyatın mənbəyinin özündə onsuz da bu mövcuddur. (Ceyms Joll, Europe Since 1870: An Intrenational History, Penguin Books, Middlesex, 1990, s. 164)

Dövrün dövlət adamlarını və rəhbərlərini təsiri altına alan düşmənçilik və qarşıdurmanın insanın təbiətində olduğu iddiası, şübhəsiz, böyük bir yalandır. İnsan təkamülçülərin iddialarının tam əksinə, şəfqət, mərhəmət, sevgi və anlayışdan zövq alacaq şəkildə yaradılmışdır. İnsanın fitrəti, yəni təbiəti Allah`ın əmr etdiyi din əxlaqını yaşamağa uyğundur. Bunun xaricində insana təlqin edilən hər cür batil və azğın düşüncə isə həm insanda, həm də cəmiyyətdə pozulma və degenerasiyaya səbəb olur.

Darvinin dövründən bəri irqçi hücumlar və bundan qaynaqlanan savaşlar artaraq davam edir. İndiki vaxtda da bu azğın fikirlərin tətbiqini neo-nasistlərdə, Ku Klux Klan təşkilatlarında, zənciləri və ya müxtəlif irqlərdən olanları hədəf alan bir çox təşkilatda görmək mümkündür. Amma unudulmamalıdır ki, bütün bu insanlıqdan uzaq hərəkətlərin birinci dərəcəli məsulu sosial darvinizmdir.

Romantizm öz ətrafındakılara qarşı ehtiraslı bağlılığı, digərlərinə qarşı isə kin və nifrəti qızışdırır. Bu ruh halı darvinizmin "irqlərin həyat mübarizəsi" anlayışına çox uyğundur. Darvinin nəzəriyyəsinin sosiologiyaya uyğunlaşdırılmış halına "sosial darvinizm" deyilir. Sosial darvinizm isə romantik milliyyətçi və irqçi cərəyanların ən böyük dayağı olmuşdur. Amerikalı yazıçı Janet Biehl "Ecology and the Modernization of Fascism in the German ultra-Right" (Ekologiya və alman qatı sağında faşizmin təkmilləşməsi) başlıqlı məqaləsində mövzuya aid bunları yazır:

Alman qatı sağında sosial darvinizmin dərin kökləri var... İngilis-amerikan sosial darvinizmində olduğu kimi, alman sosial darvinizmi də insanların ictimai təşkilatlarını qeyri-insani dünyadan alınma "təbiət qanunları" ilə açıqlamışdır.

Amma ingilis-amerikan sosial darvinizmi "əlverişli olanların qazanması" anlayışını vəhşi kapitalist bir meşədə fərdi cəhdlərin qazancı kimi izah edərkən, alman sosial darvinizmi "əlverişli olanların qazanması" anlayışını əzici olaraq irq anlayışında qəbul etmişdir. Bu səbəbdən, "ən əlverişli" olan irq davam etdirdiyi "həyat mübarizəsi"ndə bütün digər rəqiblərini məhv edərək qazanacaq, qazanmalıdır. (Janet Biehl and Peter Staudenmaier, "Ecology and the Modernization of Fascism en the German ultra-Right", Ecofascism: Lessons from the German Experience, AX Press San Francisco, CA, 1995)

Almaniyada Sosial Darvinizmin ən böyük nümayəndəsi olan Ernst Hekkel (1834-1919) məşhur darvinist bioloq idi. Darvinin işlərindən çox təsirlənən Hekkel darvinizmə "tərəf" çıxaraq və "Ontogenez Filogenezin Təkrarıdır" (Ontogeny Recapitulates Phylogeny) olaraq yekunlaşdırılan və məməlilərdəki embrionların təkamül müddətini əks etdirən nəzəriyyəni ortaya atmışdı. (Bu nəzəriyyənin etibarsızlığı illər sonra qəti olaraq aydın oldu və Hekkelin istifadə etdiyi sxemlərdə saxtakarlıq etdiyi ortaya çıxdı.)

Gasman kitabında Almaniyada sosial darvinizmin necə inkişaf etdiyini izah edir.

Hekkel "Monist Birliyi" adı altında ateizmi yaymaq məqsədilə bir dərnək yaratmış və bu dərnək eyni zamanda irqçiliyin və romantik milliyyətçiliyin mərkəzi olmuşdur. 1920-ci illərdə Hitlerin öndərliyində inkişaf edən nasist hərəkatı Hekkelin fikirlərindən və Monist Birliyindən bəhrələnmişdir. Mövzunu araşdıran tarixçi Daniel Gasman "The Scientific Origins of National Socialism: Social Darwinism in Ernest Haeckel and the German Monist League" (Milli Sosializmin Elmi Mənşələri: Ernest Hekkeldə və Alman Monist Birliyində Sosial Darvinizm) adlı kitabında belə yazır:

Almaniyadakı irqçilikdən ilham alan sosial darvinizm... varlığını demək olar ki, tamamilə Hekkelə borclu idi... (Hekkelin) fikirləri, irqçilik, imperializm, romantizm, anti-semitizm və milliyyətçi cərəyanının bir bədəndə birləşib ideologiya halına gəlməsinə xidmət etdi... Volkismim (romantik milliyyətçi alman populistliyinin) əslində tamamilə qeyri-real və mistik fikirlərinə elmin ağırlığını qatan adam Hekkel idi.

(Daniel Gasman. The Scientific Origins of National Socialism Darwinizsm en Ernst Heackel an the German Monist League (New York: American Elsevier; London: Macdonald & Co., 1971), s. 23)

Gasman mövzu barədə bunları da yazır:Deyilə bilər ki, İngiltərədə darvinizm təbii dünyanın ictimai dünyaya bir proyeksiyası olaraq, "buraxın etsinlər" (laissez faire) kapitalizminin fərdiliyinin bir davamı oldusa, Almaniyada alman romantizminin bir proyeksiyası olmuşdur... Darvinizmin Almaniyada gəldiyi forma bir növ saxta elmi təbiət dini, irqçiliklə qarışıq bir təbiətə sitayiş mistizmidir.

(Daniel Gasman. The Scientific Origins of National Socialism Darwinizsm en Ernst Heackel an the German Monist League (New York: American Elsevier; London: Macdonald & Co., 1971), s. 22-23 )

Janet Biehl də eyni mövzuda "Hekkel mistik irqçiliyə və milliyətçiliyə inanırdı, belə ki, alman sosial darvinizmi əvvəldən romantik irqçiliyə və romantik milliyyətçiliyə saxta bioloji zəmin yaradan siyasi bir hərəkat oldu" deyə yazır.

(Janet Biehl and Peter Staudenmaier, "Ecology" and the Modernization of Fascism en the German Ultra-right", Ecofascism: Lessons from the German Experience, AX Press San Francisco, CA, 1995)

Müəllif haqqında

    1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. davamı...

Bir ayə, bir açıqlama

  • aye
  • ayeler
  • sure
  • sureler