Belə olan halda, Marksın nəzəriyyəsi tarixdəki bir çox yalnış nəzəriyyə kimi səhv olduğu təsdiqlənməli və bir kənara atılmalı idi, amma elə olmadı. Özlərini "marksistlər" adlandıran bir qrup insan Marksın reallaşmayan fikirlərini zorla da olsa, reallaşdırmağa cəhd etmişdir. Marksın "təbii baş verəcək" dediyi inqilab heç cür baş tutmayınca, bunu silah gücü ilə edəcək təşkilatlar qurmağa və "inqilab" etməyə qərar verdilər. Marksın ideyalarına bu cür yenidən şərh verən və Marksın baş tutmayan fikirlərinə bəhanələr gətirərək şərh etməyə çalışan ən əhəmiyyətli marksist Lenin olmuşdur. Lenin inqilabın İngiltərə kimi inkişaf etmiş ölkələrdə baş verməyəcəyini, bunun əvəzinə Rusiya kimi sənayeləşməmiş ölkələrdə cəhd edilməli olduğunu, kommunizmin burada müvəffəqiyyət qazanacağını və sonra da bütün dünyaya yayılacağını irəli sürmüşdür. Bu xəyalını reallaşdırmaq üçün Rusiya daxilində və xaricində uzun illər inqilab hazırlığı etmiş, I Dünya müharibəsinin qarışıqlığında axtardığı fürsəti tapmış və iqtidara gəlmişdir.
Amma Leninin fikirləri də eynilə Marks kimi boşa çıxmışdır. Nə qurduğu sistem müvəffəqiyyətli olmuş, nə də kommunizm sandığı kimi dünyaya yayılmışdır. Bu gün Leninin qurduğu Sovetlər Birliyi tarixin səhifələrində qalmışdır. Sovet işğalı və təzyiqi ilə kommunist edilmiş ölkələrdə də kommunist sistem çökmüşdür. Kommunizm 20-ci əsrin ən böyük və ən müvəffəqiyyətsiz təcrübəsi kimi qəbul edilir.
Marksizmin yanılması yalnız qurduğu sistemlərin süqutu ilə deyil, eyni zamanda əsaslandığı fəlsəfənin süqutu ilə də isbat edilmişdir. Marksizmin əsası olan materialist fəlsəfənin bütün əsas fərziyyələri 20-ci əsrdəki elmi kəşflərlə yalanlanmışdır. Məsələn;
1. Materializm kainatın sonsuzdan bəri var olduğunu, buna görə də maddənin yaradılmadığını müdafiə etmişdir. Halbuki, 20-ci əsrdə qəbul edilən Biq Bənq nəzəriyyəsi maddənin və zamanın yoxdan yaradıldığını göstərmişdir. Bu nəzəriyyə kainatın bundan 10-15 milyard il əvvəl yoxdan var olduğunu, yoxluq içində partlayışla dünyanın yarandığını göstərmişdir. Yəni Biq Bənqin göstərdiyi gerçək, heç bir şey mövcud deyilkən bu heçlik içində birdən hərəkət, hərəkətin ardınca da maddə və zamanın meydana gəldiyidir. Bu, materialistlərin iddialarını tamamilə çökdürmüş, maddəni, zamanı və hərəkəti Allah`ın yaratdığının dəlillərindən biri olmuşdur.
2. Materializm maddənin və zamanın "mütləq" anlayış olduğunu, yəni həmişə mövcud, dəyişməyən, sabit olduğunu müdafiə etmişdir. Halbuki, Eynşteynin Nisbilik Nəzəriyyəsi maddə kimi zamanın da mütləq bir anlayış olmadığını, dəyişən bir hiss olduğunu göstərmişdir.
3. Materializm insan zehninin yalnız maddi faktorlarla açıqlana biləcəyini, insanın bütün zehni funksiyalarının maddəyə sadələşdirilə biləcəyini iddia etmişdir. Lakin beyinin incəliklərinin kəşf edilməsi, beyində heç bir qarşılığı olmayan zehni funksiyaları ortaya qoyaraq, insan zehninin fövqəl bir varlığa, yəni "ruh"a aid olduğunu təsdiq etmişdir.
4. Materializm canlıların yaradılmadığını, Darvinin təkamül nəzəriyyəsində iddia edildiyi kimi, təsadüflərlə meydana gəldiyi yalanlarını irəli sürmüşdür. Bu iddia da 20-ci əsrdəki elmi dəlillərlə süqut etdirilmiş, canlılarda möhtəşəm "dizayn" olduğu və bütün canlıları yaradanın Allah olduğu gözlər önünə sərilmişdir.
Əgər bir ideologiyanın ağıla uyğun olduğu iddia edilirsə, ancaq iddialar ağıl və elm qarşısında çarəsiz qalırsa, üstəlik konkret dəlillər o ideologiyanın bütün iddialarını puç edirsə, o zaman bu ideologiyanın heç bir dayağı qala bilməz. Bu ideologiyanı mənimsəmiş insanlar da ideologiyanın etibarsızlığını analiz edib onu tərk etməlidir. Əgər kommunistlər romantizm və xəyalpərəstliklə deyil, ağıl, məntiq və sağlam fikirlə hərəkət edən şəxslərdirsə, bu günə qədər kommunizmi tərk etməli idilər.
Bir fikir, bir ideologiya uğruna özlərini məhv edən insanlar, əslində, ifrat romantizm içindədirlər. Nəticəsini ağıllı şəkildə qiymətləndirmədən sözdə"cəsarət" nümünələri göstərə bilirlər.
Bələliklə, kommunizm romantizm üzərində qurulmuş ideologiya olduğundan, onun tərəfdarları da ağıl və elmdən uzaq şəkildə bu sistemə bağlı qalırlar. Bu köhnə sistemi gözü bağlı müdafiə etməyə davam edirlər. Lap başdan, yəni Marksın ən fundamental fikirlərinin reallaşmadığı görüldükdə bu ideologiya bir kənara atılmalı idi, ancaq atılmadı. Dünyanın dörd bir tərəfindəki "inqilabçılar" Marksın xəyallarını reallaşdırmaq üçün hərəkətə keçdilər. İnqilablar, vətəndaş müharibələri, partizan mübarizələri, terror aktları təşkil etdilər. Sovetlər Birliyi və bütün Şərq Bloku çökdü, Qırmızı Çin kapitalist iqtisadiyyatını mənimsədi, ancaq yenə də kommunizm tərk edilmədi, hələ dünyada və ölkəmizdə kommunist təşkilatlar fəaliyyətlərini davam etdirir. Bəhs etdikləri "inqilab"ın bir xəyal olduğunu bilmələrinə baxmayaraq, sırf kommunizmi tərk etməmək uğruna qan tökməyə davam edirlər. Öz yoldaşlarını və öz bədənlərini diri-diri oda verib yanarkən kommunist marşlar söyləyəcək qədər romantik, kor və məqsədsiz inadla kommunizmə bağlılıqlarını qoruyurlar.
Bu vəziyyət kommunizmin rasional bir ideologiya olmadığını, bu ideologiyanı müdafiə edənlərin onu ağılla qiymətləndirmədiklərini, başqa səbəblərə görə mənimsədiklərini göstərir. Buna görə də çoxları "fanatizm", "sabit fikirlilik" deyir. Burada səhvlik yoxdur, amma bir az dərin araşdırıldığında bu fanatizmin mənbəyində romantizmin çox böyük rol oynadığı aydın olur.
Bir sözlə, kommunizm də romantizmdən təsirlənmiş ideologiyalardan biridir.