ROMANTİZM

Site Search



Romantİk mİllİyətçİlİyİn meydana gəlməsİ

Avropada milliyyətçilik XVIII əsrdə yayılmış bir düşüncə tərzi kimi qəbul edilir. Əvvəllər bir çox dövlətlərin hakimiyyəti altında yaşayan ölkələr sabit mərkəzi rəhbərlik altında birləşərək ilk xalq-dövlətlərini yaratmışdılar. İngiltərə və Fransa kimi Avropa ölkələri milliyyətçiliyi ilk olaraq mənimsəyən və xalq hakimiyyətini ilk quran ölkələr kimi tanınırlar. XIX əsrdə isə Avropadakı ölkələrin əksəriyyəti öz milli birliyini qurmuşdular.

XX əsrdə mövcud olan "romantik milliyyətçilik" cərəyanına göstərilə bilən ən bariz nümunə Hitler Almaniyasıdır. Tamamilə romantizmin təsiri altına düşən irq milliyyətçiliyinin zülmləri və verdiyi əzablarla dünya tarixinə qara ləkə kimi düşmüşdür.

Yalnız iki ölkə bu təsirdən kənar qalmışdı: Almaniya və İtaliya. Hər iki ölkədə də krallıqların və ya kiçik şəhər-dövlətlərinin hakimiyyəti çox uzun sürmüşdü. İtaliya 1870-ci ildə, Almaniya isə bir il sonra - 1871-ci ildə milli birliyini quraraq dövlət kimi tarix səhnəsinə çıxa bilmişdir. Başqa sözlə desək, hər iki ölkə də milliyyətçiliyi mənimsəməkdə və tətbiq etməkdə digər Avropa ölkələrinə nisbətən gecikmişdi.

Bu vəziyyət hər iki ölkədə Avropanın digər ölkələrinə nisbətən daha radikal milliyyətçi cərəyanların inkişafına və kök salmasına səbəb olmuşdur. İctimai-siyasi xadimlərin qəbul etdiyi ümumi fikrə görə, milliyyətçiliyin ən qabarıq nümunələri olan nasizm və faşizmin bu iki ölkədə yaranması və hakimiyyəti ələ keçirməsinin səbəbi odur ki, hər iki ölkədə də milli birliyin hələ yaranmadığından fanatik milliyyətçi duyğuların yayılmasıdır.

Bu iki ölkədə, xüsusilə Almaniyadakı fanatik milliyyətçi anlayışına liderlik edənlər tarixdə "romantik milliyyətçilər" kimi tanınırlar. Romantik milliyyətçiliyin əsas xüsusiyyətləri ağıla deyil, duyğulara əhəmiyyət verməsidir. Buna görə də, mənsub olduqları millətin mistik və sirli bir "ruh"a sahib olduğunu düşünərək onu digərlərindən daha üstün hesab edirlər. Romantik milliyyətçilər XIX əsrin sonlarında məşhurlaşan irqçi nəzəriyyələrdən bəhrələnərək Avropalı irqlərin dünyadakı digər irqlərdən üstün olduqlarını bildirmiş və başqa xalqları hakimiyəti altına salma hüququna malik olduqlarını iddia etmişlər.

XIX əsrin ilk onilliyində romantik milliyyətçilik Almaniyada sürətlə inkişaf etmişdir. Paul Lagarde və Julius Langbehn kimi yazıçılar müdafiə edirdilər ki, almanlar bütün dünyanı idarə edəcəkləri iyerarxik dünya nizamı qurulmalıdırlar. Bunun da tamamilə "alman ruhu"ndan və "alman qanı"ndan qaynaqlanan üstünlüklə əldə ediləcəyini, bunun üçün almanların köhnə bütpərəst inanclarına dönmələrini və xristianlıq kimi İlahi dinləri tərk etmələrini irəli sürmüşdülər.

O dövrdə Almaniyada qurulan mistik (gizli) dərnəklərin romantik milliyyətçiliyin yayılmasında əhəmiyyətli rolu olmuşdur. Bu dərnəklərin ortaq dünyagörüşü insanın ağlı ilə deyil, hissləri ilə doğrunu tapa bilməsi, hər millətin bir "xalq ruhu"na sahib olması və alman xalq ruhunun da bütpərəstlik olması kimi səthi və batil düşüncələrdən ibarətdir. Bu dərnəklər Hitlerə və dolayısilə nasizmə də böyük zəmin hazırlamışdır. İngilis tarixçisi Michael Howard "Pan-Cermenik alman milliyyətçiliyinin ruhi gücünü və ideoloji mənşəyini mistik (gizli) dərnəklərdən aldığını və mistik ənənənin 1920-ci illərdə doğan milli sosializm (Nasist) cərəyanına da böyük zəmin hazırladığını" yazır.

Həqiqətən də, romantik milliyyətçiliyin bəşər tarixində ən mərhəmətsiz və qanlı rejimlərindən biri olan nasizmə zəmin hazırlamaqdan başqa bir rolu olmamışdır.

Müəllif haqqında

    1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. davamı...

Bir ayə, bir açıqlama

  • aye
  • ayeler
  • sure
  • sureler