İnsandakı hisslərdən biri də minnətdarlıq, başqa sözlə desək "təşəkkür" duyğusudur. İnsan doğulduğu andan etibarən daima müxtəlif nemətlərlə qarşılaşar. Verilən nemətlər adətən hər hansı səbəbə görə verildiyi üçün insan təşəkkür duyğusunu bu vasitəçilərə yönləndirməyə çox meyilidir. Halbuki, bu duyğunun da gerçək mənada yönəldilməli tək varlığın Allah olduğu Quranda dəfələrlə ifadə edilir. Quranda bu minnətdarlıq "şükür etmək" kimi göstərilir. Şükür etmək vasitəçilərdən aslı olmayaraq bütün nemətləri göndərənin yalnız Allah olduğunun və hər məsələdə yalnız Ona möhtac olduğunun şüuruna varmaq, Ona qarşı təşəkkür və minnətdarlığını ürəkdə və dildə ifadə etməkdir.
Yalnızca Allah`a şükür etmək, yalnızca Ona minnətdar olmaq ayələrdə həqiqi qulluğun göstəricilərindən biri kimi bildirilmişdir.
Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin! Əgər Allah`a ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin! (Bəqərə surəsi, 172 )
Allah`ın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allah`a ibadət edirsinizsə, Onun nemətinə şükür edin!(Nəhl surəsi, 114)
Ayələrdə Allah`a şükr etmək şirk qoşmadan qulluq etməyin şərti və göstəricisi kimi ifadə edilir. Həqiqətən də, yalnız Allah`a şükr edən şəxs bütün nemətlərin Allah`dan gəldiyinin, hər şeyin Onun əlində, Onun idarəsində olduğunun, yəni Allah`dan başqa ilah olmadığının fərqinə varandır. Bütün nemətlərin Allah`dan gəldiyini ağıldan çıxarmayan insan yeganə güc və qüvvət sahibinin Allah olduğunu, Ondan başqa ilah olmadığını dərk edər. Demək ki, bu insan səmimi imana sahib insandır. Quranda təsvir edilən və təriflənən insan modeli də budur.
Emosianal insanlarda isə vəziyyət tam əksinədir. Bu şəxslər sahib olduqları bütün nemətləri Allah`ın bunları lütf edərkən vasitəçi etdiyi maddələrə və şəxslərə bağlayır və onlardan kömək umurlar. Onlara təşəkkür edir, onlara şükr etməyə çalışırlar. Qısacası, Allah`dan başqa güc və qüvvət sahibi sandıqları saysız saxta ilahlar qəbul edirlər. Ağıllarını istifadə etmədikləri üçün Allah`dan başqa güc-qüvvət sahibi olmadığnı, Allah`ın istəyi və əmri olmadan heç kimin heç bir şeyə qadir olmadığını anlaya bilmirlər.
Bu yanlış minnətdarlıq duyğusu romantik insanlarda acizliyə səbəb olur. Minnətdar olduqları şəxslər (məsələn, müdirləri, ailə böyükləri, zəngin qohumları kimi) qarşısında özlərini aciz hiss edir, bunu hərəkət və sözləri ilə göstərirlər. Bir möminə əsla yaraşmayan bu davranış emosianallığın insanlara verdiyi bir çox sıxıntılardan biridir.