Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn həqiqəti inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib (sirrinizi açıb deyirsiniz)... (Mumtəhinə surəsi, 1)
Emosionallıq, başqa sözlə desək romantizm çox vaxt "sevgi" adı altında təzahür edir. Məsələn, romantik radikal milliyyətçilər öz millətlərini çox sevdiklərini söyləyərək başqa millətlərə qarşı kin bəsləyir və hətta təcavüzkarlıq edirlər. Gənc qıza aşiq olan, onu həyatının mənası kimi görən, "sənə aşiqəm" deyə şeirlər yazan, hətta intihara cürət edəcək qədər irəli gedərək bu qızı "ilahlaşdıran" gəncin çıxış nöqtəsi yenə "sevgi" anlayışıdır. Homoseksuallar, yəni Allah`ın haram etdiyi azğınlığı həyasızca və israrla tətbiq edənlər də bir-birlərində "sevgi" tapdıqlarını söyləyirlər. İnsanların əksəriyyəti isə adını "sevgi" qoyduqları bütün duyğuların həmişə doğru, təmiz, hətta müqəddəs olduğunu zənn edir və yuxarıda saydığımız nümunələri məqbul görürlər.
Əlbəttə, sevgi Allah`ın insana bəxş etdiyi gözəl duyğudur, amma əsas olan bu sevginin kimə və nə düşüncələrlə bəsləndiyi, yəni həqiqi sevgi olub olmadığıdır. Romantizmin gətirib çıxardığı azğın sevgi anlayışı ilə Allah`ın bizə Quranda öyrətdiyi əsl sevgi anlayışı bu nöqtədə bir-birindən ayrılır.Əvvəlcə, Qurana görə sevginin meyarını açıqlayaq: Qurana görə sevgi, ona layiq olanlara duyulur. Sevgiyə layiq olmayanlar isə sevilməz. Hətta onlara "buğz" edilər, yəni ürəkdən soyuqluq duyular. Kimin sevgiyə layiq olduğu isə əxlaqına görə bilinir.
Mütləq sevgiyə layiq olan tək varlıq, hamımızın yaradıcısı olan Allah`dır. Allah bizi var etmiş, saysız-hesabsız nemətlər bəxş etmiş, bizə yol göstərmiş və əbədi cənnəti vəd etmişdir. O hər cür çətinliyimizə kömək edir, hər səmimi duamıza qarşılıq verir. Bizi O yedirir, xəstələndiyimizdə bizə O şəfa verir, ürəyimizi hüzura O qovuşdurur. Buna görə də, kainatın sirrini qavrayan insan Allah`ı hər şeydən çox sevir. Sonra da Allah`ın sevdiklərini, yəni saleh insanları sevir.
Allah`a qarşı üsyankar olanlar, Rəbbimizə qarşı çıxan nankorlar isə sevgiyə layiq deyildir. Bu insanlara qarşı sevgi bəsləmək çox böyük səhvdir. Allah bu mövzuda iman gətirənlərə belə xəbərdarlıq edir:
Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn həqiqəti inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib (sirrinizi açıb deyirsiniz). Rəbbiniz olan Allah`a iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (yurdunuzdan) qovub çıxardırlar. Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa, onlara gizlində mehribanlıq göstərirsiniz. Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də bilirəm. Sizlərdən kim bunu etsə, doğru yoldan sapmış olar. (Mumtəhinə surəsi, 1)
Ayədən göründüyü kimi, iman gətirənlər inkarçılara qarşı sevgi bəsləməzlər. Ancaq burada əhəmiyyətli bir məqamı xatırlatmaqda fayda var. Mömin dini inkar edən birinə qarşı ürəyində sevgi duymasa belə, o insanın iman gətirməsi, müsəlman olması üçün əlindən gələn hər şeyi etməlidir. Burada bəhs edilən "sevgi duymamaq" qarşıdakı insana kin bəsləmək, onun yaxşılığını istəməmək mənasını vermir. Əksinə, Allah`a iman gətirən insan dini təbliğ etmək, cənnətin və cəhənnəmin varlığını xatırlatmaq, ölüm və hesab günü ilə qarşı tərəfi xəbərdar edib qorxutmaq vəzifələrini nöqsansız olaraq, şövqlə yerinə yetirməlidir.
Bundan başqa, bütün səyinə baxmayaraq qarşısındakı insan iman gətirməsə belə müsəlmanın ədalətli davranışında heç bir dəyişiklik olmaz. Möminlərə zərər verməyən, cəmiyyətdə təxribat törətməyən hər insanla həlim davranar. Çünki Allah möminlərə belə əmr etmişdir:
Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər! Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır! (Mumtəhinə surəsi, 8-9)
Bu ayələrdə və bundan əvvəl qeyd etdiyimiz "Mumtəhinə" surəsinin 1-ci ayəsində Allah bizə bir çox hikmətləri açıqlayır: Bir insana yol göstərən onun hissləri olmamalıdır, çünki duyğular insanı son dərəcə səhv nöqtələrə apara bilər. İnsan hissləri ilə deyil, ağıl, iradə və Allah`ın əmrlərinə görə hərəkət etməli, həmçinin hisslərini də ağıl və iradəsi ilə tərbiyə etməlidir.
Bu həqiqəti ancaq hissləri ilə davranan hər insanın həyatında görə bilərik. Ürəyindəki istək, ehtiras, nifrət və ya kin kimi duyğulara qapılan milyonlarla insan, ağılsız hərəkətlər edir və bunu da "nə edim, sevirəm" və ya "nə edim, çox istəyirəm, içimdən gəlir" kimi ümidsiz sözlərlə müdafiə edirlər. Halbuki, bir şeyin insanın "içindən gəlməsi" onun doğru və halal olduğuna dəlalət etməz. İnsanın nəfsi özünə daim pisliyi əmr edir, şeytan da onu daha böyük pisliklərə təşviq edir. "Nə edim, içimdən gəlir" deyərək Allah`ın razılığına zidd hərəkətlər edən insan, əslində nəfsinin və şeytanın oyuncağı olmuşdur. Allah Quranda bu insanlardan belə bəhs edir:
Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah (əzəli) elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allah`dan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız? (Casiyə surəsi, 23)
Növbəti bölmələrdə romantizmin bir növü olan ifrat romantizmin müxtəlif növlərini araşdıracaq, bunların insanlara verdiyi zərərlər haqında danışacaq və müalicə yollarını göstərəcəyik.