ROMANTİZM

Site Search



İman İnsana həqİqİ ağılı qazandırır

... Sizə Allah`dan bir nur və açıq-aşkar bir Kitab gəldi. Allah, razılığına uyanları bununla qurtuluş yollarına çatdırar və onları Öz icazəsiylə qaranlıqlardan nura çıxarar. Onları dümdüz yola yönəldib-çatdırar. (Maidə surəsi, 15-16)

"Ağıl" anlayışının həqiqi mənasını ətraflı olaraq izah etmək lazımdır. Ağıl sözü cəmiyyətdə zəka anlayışını ifadə etmək üçün istifadə edilir. Bu səbəbdən ağıllı insanla zəkalı insan arasındakı əhəmiyyətli fərqlər də çox vaxt gözardı edilir. Lakin ağıl və zəka fərqli xüsusiyyətlərdir.

Ağıl möminin Allah`ın hadisələri yaratmasındakı incə hikmətləri görməsini və hadisələri bu ilahi hikmətlər dairəsində qiymətləndirməsini təmin edir. Zəkalı insan hadisələri səbəb-nəticə əlaqələri çərçivəsində, mexaniki şəkildə qavrayır. Ağıl, zəkadan daha yüksək üstünlükdür, bu isə ancaq Allah`a və Qurana qəti iman gətirən, Quran ayələrinə uyğun yaşayan möminlərə xas qabiliyyətdir. Zəka müəyyən dərəcədə bütün insanlara məxsus ortaq fiziki xüsusiyyətdir, ancaq ağıl yalnız iman gətirənlərə məxsusdur. İman gətirməyənlər üçün ağıldan bəhs etmək mümkün deyil.

Ağıl zəkanın, mühakimənin və məntiq qabiliyyətlərini ən doğru və qüsursuz şəkildə istifadə edilməsini, bu qabiliyyətlərdən ən üst səviyyədə faydalanılmasını təmin edir. Ağılsız insan isə nə qədər zəkalı olsa da, ağılla düşünmədiyi üçün mütləq müəyyən məqamda səhv məntiqə, yanlış mühakiməyə yol verəcəkdir. Dünya tarixində iman gətirməyən filosoflara və elm adamlarına nəzər yetirdikdə eyni mövzularla əlaqədar fərqli, hətta bəzən tamamilə zidd düşüncələri müdafiə etdiklərini görürük. Bunların hamısı çox zəkalı insanlar olmalarına baxmayaraq, imana və dolayısilə ağıla sahib olmadıqları üçün doğruları tapa bilməmişlər.

Hətta bir çoxu insanların saysız fəlakətlər yaşamasına səbəb olmuşdur. Yaxın tarixdən nümunələr versək, Marks, Engels, Lenin, Troçki kimi bir çox filosof, ideoloq və dövlət adamları zəkalı insanlar olduqları halda, ağılla düşünmədiklərinə görə milyonlarla insanın fəlakətinə səbəb olmuşlar. Halbuki, ağıl insanların fəlakətini deyil, sülh, dinclik və rifahını təmin edir, bunları əldə etməyin yol və üsullarını göstərir.İnsan düşünmək, anlamaq, diqqətli olmaq, cəld davranmaq kimi bir çox şeyi zəkası sayəsində reallaşdırır. Ancaq ağıllı insan zəka ilə mümkün olmayan dərin anlayışa, doğrularla səhvləri ayırd etmə qabiliyyətinə də malikdir. Bu səbəbdən, ağıl insana zəkadan daha üstün xüsusiyyətlər qazandırır.

Ağılın qaynağı isə səmimi iman və Allah qorxusudur. Allah`dan qorxan, Onun əmr və qadağanlarından çəkinən, tövsiyyələrinə tabe olan insan Allah`dan bir nemət olaraq bu üstünlüyə sahib olacaq.

Ancaq bu qabiliyyətə sahib olmağın bu qədər asan olmasına baxmayaraq, insanlardan çox azı ağıl sahibidir. Allah`ın Quranda "... Onların əksəriyyəti isə dərk etmirlər..." (Maidə surəsi, 103) ayəsi ilə xəbər verdiyi kimi, insanların çoxu gerçək imana sahib deyil və Qurandan uzaq həyat mənimsəyiblər.

Allah`ın Özündən qorxan və səmimiyyətlə Qurana tabe olan şəxslərə nəsib etdiyi ağıl, iman gətirən saleh möminləri hər zaman üstün dərəcəyə çatdırır. Həmçinin, imanlı insanın hər şeyi hər an Allah`ın yaratdığını bilməsi, ən incə detalına qədər hər şeyin Allah`ın təyin etdiyi qədərdə baş verdiyini və hər an Allah`la birlikdə olduğunu dərk etməsi ağılın təməlini təşkil edən ünsürlərdir. Ağıl həm də insanın dəyişən şərtlərə və mühitə ən qüsursuz şəkildə uyğunlaşmasını təmin edir.

Möminin bəsirət və fərasətindəki itilik, diqqət və şüur açıqlığı, problemləri həll etmə qabiliyyəti, gözəl əxlaqı, danışıq və davranışlarındakı hikmət, güclü şəxsiyyəti həmişə ağıl sahibi olmasının təbii nəticələridir.

Təsvir etdiyimiz bu modelin, bu üstün xüsusiyyətlərin bir insana aid olduğunu deyil, cəmiyyətin əksəriyyətini təşkil etdiyini düşünün: Hər kəs ağılla hərəkət edir, hər danışığında, hər hərəkətində, aldığı hər qərarda, tapdığı hər çarədə ağılın üstünlüklərindən faydalanır… Ağıllı insanlardan ibarət bir mühit… Şübhəsiz, hər kəsin həsrətini çəkdiyi dinclik, təhlükəsizlik, sağlamlıq, rahat həyat üçün ağıllı insanlara ehtiyac vardır. Eləcə də, insanları bezdirən xaos, qarışıqlıq və anarxiyanın qarşısının alınması və bu məsələlərə əsaslı çarələr tapılması üçün də ağıl sahibi insanların varlığı labüddür. Bu baxımdan, hər problemin həlli üçün ağıllı insanlara böyük ehtiyac var.

Sözsüz ki, ağıl bir insanın sahib olduğu ən əhəmiyyətli xüsusiyyətlərdəndir. Ağıllı insan özündən daha çox ətrafına fayda verər. Çünki imanın gətirdiyi əxlaqda Allah`ın razılığını qazanmaqdan başqa heç bir düşüncə, hədəf , yaxud da ideal yoxdur. Bu insan Quranda təsvir edilən mömin xüsusiyyətlərini əskiksiz yaşayar; məzlumların haqqının qorunması, yolda qalmışlara, kimsəsizlərə, köməyə ehtiyacı olanlara sahib çıxılması, ədalətin bərpa olunması, heç kimin ac qalmaması kimi hər məsuliyyəti üzərində hiss edər. Qurandan öyrəndiyi bu incəlikləri vicdanı və ağılı sayəsində qüsursuz şəkildə reallaşdırar. Belə ki, problemlərə həll yolu tapmaq, hikmətli danışmaq və yazmaq, tədbir görmək, yol göstərmək kimi bir çox mövzuda hər kəsin gözü yolgöstərən ağıllı insan axtarır. Çünki belə şəxsin hər hərəkətindən, hər danışığından, hər fikrindən istifadə edilir.

Ağılın zərurəti bu qədər vacib olduğu halda, ağılsızlığın necə ciddi təhlükə olduğunu dərk etmək heç də çətin deyil. İstər insanın şəxsi, istərsə də cəmiyyət içindəki ağılsızlığının gətirdiyi bəlaları araşdırmaq vəziyyətin ciddiliyini göstərir.

Ağılın önündəki ən böyük maneələrdən biri isə saytın əvvəlki hissələrində siyasi və ictimai təsirlərini ələ aldığımız ruhi pozuqluqdur: Romantizm və ya digər adı ilə emosianallıq.


Müəllif haqqında

    1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. davamı...

Bir ayə, bir açıqlama

  • aye
  • ayeler
  • sure
  • sureler