ROMANTİZM

Site Search



Romantİzm xəstəlİyİndən xİlas olmaq

Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər. (Zumər surəsi, 61)

Dindən uzaq əxlaq və həyat tərzi mənimsəmiş şəxslərdəki əsas əxlaqi pozuqluqlardan biri olan romantizm, əslində, zənn edildiyi kimi insanın doğuşdan sahib olduğu və ya heç vaxt tərk edə bilməyəcəyi xüsusiyyəti deyil. Bu ruh halı insanın şüurlu, yaxud da şüursuz təlqinlə əldə etdiyi bir yönüdür. Başqa sözlə, hisslərinə qapılmanın - ağlamanın, kədərlənmənin, hirslənmənin - iradələri xaricində olduğunu, buna qarşı çıxmağı bacarmadıqlarını iddia edənlər də səmimi düşünsələr, bunun doğru olmadığını görəcəklər. Məsələn, ağlayan, kədərlənən insana böyük məbləğdə pul təklif edilsə, yaxud da başqa mənfəət təqdim edilsə, birdən-birə sevinməsi bu ruh halından asanlıqla çıxa biləcəyinin ən bariz göstəricisidir. Deməli, insanın bilərək əldə etdiyi bu romantik xüsusiyyət həm ətrafına qarşı vicdansızca hərəkət etməsi, həm də Allah'ın Quranda xəbər verdiyi kimi, insanın öz-özünə zülm etməsidir:

Şübhəsiz Allah, insanlara heç bir şeylə zülm etməz. Ancaq insanlar, öz nəfslərinə zülm edirlər. (Yunus surəsi, 44)

Ancaq romantik insanlar bu həqiqəti qavraya bilmirlər. Onlar daima kədərli və ümidsiz vəziyyətdədirlər. Hansı şərtlərdə olsalar da, özlərini kədərləndirən, sıxıntı verən bir mövzu tapırlar. Əslində, bu insanlar öz əlləri ilə özlərinə zülm edirlər. Bu həqiqət bir ayədə belə bildirilir:

İnsanlara mərhəmət göstərdikdə ona sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir bəla üz verdikdə isə dərhal ümidlərini üzərlər. (Rum surəsi, 36)

Belə insanların romantik ruh halından çıxa bilməsi, bu xəstəlikdən xilas ola bilməsi üçün şeytanın vədlərinə qarşı diqqətli, ağlının və vicdanının da tam açıq olması lazımdır. Bu isə ancaq insanın imani dərəcəsi ilə mümkündür.

Bədbəxt, həddindən artıq romantik, pessimist insanlar dünyadakı gözəlliklərin və nemətlərin qədrini bilməzlər. Ətraflarında müxtəlif gözəlliklər varkən, onlar həmişə hər şeyin mənfi tərəflərini görür, daha da bədbəxtləşirlər. Halbuki, Allah rəhməti və şəfqəti ilə insanlar üçün dünyada saysız-hesabsız nemət yaratmışdır. Ağıl və vicdan sahibi möminlər bunları dərhal anlayıb, nemətlərin sevinci ilə Allah'a şükr edirlər. Əsl müsəlman özünə romantizmin acizliyini yaraşdırmaz; ağıllı olar, problemlərə həll gətirər, ətrafındakılara nümunə olar. Müsəlman gözəl əxlaqı yaşamasına, gözəl söz söyləməsinə görə də daima şən olar. Çünki doğru rəftarın müjdəsi, işığı, nuru ən çətin mühitdə belə insana sevinc verəcək; dünyada hüzurlu, rahat və gözəl həyata, axirətdə isə sonsuz sevinc və səadətə səbəb olacaq. Başqa sözlə, hər an Allah'ın bəyənəcəyi niyyət və əxlaqla yaşayan möminlər üçün kədər, yaxud da çətinlik kimi heç nə yoxdur, onları pessimizmə aparacaq heç bir şey olmaz. Bir ayədə Allah belə bildirir:

Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər. (Zumər surəsi, 61)

Möminlərdəki sevinc, xoşbəxtlik, hüzur və güvən cənnət mühitinin dünya şərtlərindəki bir təzahürüdür. Dünyada başlayan bu sevincləri axirətdə Allah'dan ümit etdikləri cənnəti qazanmaları ilə birlikdə daimi olar. İnananların axirətdəki sevinc içindəki vəziyyətləri bir ayədə belə bildirilmişdir:

Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər. (İnsan surəsi, 11)

Başqa ayədə isə Allah axirət günü möminlərlə inkarçılar arasındakı fərqi belə bildirir:

O gün (neçə-neçə) üzlər parlayacaq, güləcək və fərəhlənəcəkdir. O gün (neçə-neçə) üzlərə toz-torpaq hopacaq, onları zülmət bürüyəcəkdir. Məhz onlardır kafirlər, günahkarlar! (Əbəsə surəsi, 38-42)

İnkarçılar da axirətdə dünyada şeytana uyaraq yaşadıqları cəhənnəm həyatının əslini - qat-qat şiddətlisini və sonsuza qədər davam edənini yaşayacaqlar. Eynilə möminlərin sevinc və xoşbəxtliklərinin cənnətdə əbədi davam edəcəyi kimi:

(Qiyamət) gəldiyi gün Allah`ın izni olmadan heç kəs danışa bilməz. Onlardan kimi bədbəxt, kimi də xoşbəxt olacaq. Bədbəxtlərə gəlincə, onlar Od içərisində qalacaqlar. Onlar orada fəryad qoparacaq və zarıyacaqlar. Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir. Xoşbəxtlərə gəldikdə isə, onlar Cənnətdə olacaqlar. Rəbbinin dilədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. (Bu,) tükənməz bir sovqatdır. (Hud surəsi, 105-108)


Müəllif haqqında

    1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. davamı...

Bir ayə, bir açıqlama

  • aye
  • ayeler
  • sure
  • sureler