Din əxlaqından uzaq cəmiyyətlərdə çox vaxt doğrular yanlış, yanlış olanlar isə doğru kimi tanınır. Allah`ın məmnun olmayacağı, səhv bir davranış təqdirə layiq görülərkən, gözəl davranış isə bunun əksinə, çox adi qarşılana, hətta tənqid belə oluna bilər. Səhv və doğruların bir-birinə qarışması dindən uzaq yaşayan cəmiyyətlərdə tez-tez rast gəlinən və hətta insanların fikirlərini formalaşdırdığı bir vəziyyətdir.
Romantizm də "doğru" zənn edilən xüsusiyyətlərdən biridir. Romantizm cahiliyyə cəmiyyətinin içində şəfqətli, yaxşı insanlara xas, gözəl xüsusiyyət kimi tanınır. Halbuki, bir insanın qarşılaşdığı hadisələrə duyğusal yanaşması çox təhlükəlidir, çünki romantizm insanlar üçün ən əhəmiyyətli və həyati xüsusiyyətlərdən biri olan "ağılı" tamamilə sıradan çıxarır.
Onlardan gücün çatdığı kimsələri səsinlə (günaha) təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər. (İsra surəsi, 64)
İnsanları din əxlaqından uzaqlaşdıran, Rəbbimiz olan Allah`a qulluq etməkdən çəkindirən, onların başına saysız-hesabsız bəlalar gətirən hiyləgər bir təhlükə var. Bu təhlükə həyatın müxtəlif sahələrində fərqli hadisələrlə qarşımıza çıxa bilər. Bir faşistin sıxılmış yumruğu bu təhlükədən xəbər verir, bir kommunistin söylədiyi marş eyni təhlükənin izlərini daşıyır, bəzən də sevdiyi qıza eşq məktubu yazan bir gəncin sözləri bu təhlükədən qaynaqlanır.
Bu təhlükənin ən qabarıq cəhəti isə insanların böyük hissəsinin bunu bir təhlükə kimi görməməsidir. Bunun Quran əxlaqına tamamilə zidd ruh halı olduğunu da çox az insan bilir. Hətta insanların çoxu bu halları təhlükə və yanlış olaraq deyil, təqdir edilməli və yaşanmalı bir üstünlük kimi görürlər. Bu təhlükə, insanları ağıllarına görə deyil, hisslərinə - ehtiraslarına, hirslərinə, zəifliklərinə və eqoistliklərinə görə yaşamağa yönəldən duyğusallıqdır.
Romantizm, dünyada yüz milyonlarla insanı öz təsiri altına almış cahiliyyə mədəniyyətidir. Əslində, şeytanın insanları Allah`ın yolundan döndərmək üçün istifadə etdiyi silahlardan biridir. Çünki romantizmin pəncəsinə düşmüş insan ağlından istifadə edə bilmir. Ağlını istifadə etmədiyində isə nə özünü yaradan Allah`ı təqdir edə bilir, nə Onun dəlilləri və hikmətləri üzərində düşünə bilir, nə də Quran əxlaqının incəliklərini qavrayıb yaşaya bilir. Çünki din əxlaqının yaşanması ağılla mümkündür və Allah Quranı "ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün" endirmişdir. (Sad surəsi, 29)
Qısacası, romantizm xəstəliyi müalicə edilməsə, bir insanın dini əsl mənada qavraması və yaşaması mümkün deyil. Romantizm aradan qaldırılmazsa, dünyadakı saysız qarşıdurmanın, insanların özlərinə etdikləri zülmün, səbəbsiz ağrı-acının, hüzn və təcavüzkarlığın da ortadan qalxması mümkün deyil.
Bu saytda romantizmdən danışılmasındakı əsas məqsəd təhlükəsiz kimi göstərilən, amma əslində insanlara hesaba qatmadıqları zərər verən bir mövzuya diqqət çəkməkdir. Adi bir xüsusiyyət zənn edilən romantizmin istər cəmiyyətlər, istərsə də fərdlər üçün nə qədər ciddi bir təhlükə olduğunu gözlər önünə sərməkdir. Əlbəttə, bu təhlükədən xilas olmaq Allah`ın bütün insanlara rəhbər olaraq göndərdiyi Qurana uyğun yaşandığı təqdirdə mümkündür.
Bu saytda romantizmi ələ alacaq, bu cahiliyyə mədəniyyətinin tarixdəki və gündəlik həyatımızdakı bəzi nümunələrini araşdıracağıq. Heç kimin özünü bu təhlükədən uzaq görməməsi və şeytanın hər insanı sürükləməyə çalışdığı bu bataqlığa qarşı hər kəsin diqqətli olması lazımdır.