ROMANTİZM

Site Search



Romantİzmİn dİgər İdeologİyaları

...Allah (şeytana) lənət etdi. O isə dedi: "Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam. Mən onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allah`ın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm". Allah`ı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır. (Nisa surəsi, 118-119)

Əvvəlki hissədə romantizmin "romantik milliyyətçilik" başlıqlı təsirlərini araşdırdıq. İndi isə romantizmin insanlığa gətirdiyi digər bəlaları araşdıraq. Əvvəlcə, cəmiyyətə ən az romantik milliyyətçilik qədər "qanqusduran" ideologiyanı-kommunizmi incələmək lazımdır.

Kommunist romantizm

Kommunizm ilk başda "ağıllı" bir ideologiya kimi doğulmuşdur. İdeologiyanı quranlar, yəni Karl Marks (1818-1883) və Fridrix Engels (1820-1895) materialist fəlsəfəni mənimsəmiş və bunu sosiologiyaya tətbiq edərək "tarixin qaydaları"nı təyin etdiklərini düşünmüşdülər. Marks tarixi müxtəlif mərhələlərə ayırmışdı. O dövrdə İngiltərə kimi inkişaf etmiş ölkələrdə "kapitalist mərhələ"nin yaşandığını, bunun ardınca labüd işçi inqilabının gələcəyini və sosialist kainatın başlayacağını iddia edirdi. Marks bu inqilabın özbaşına, yəni işçilərin öz təşəbbüsü ilə reallaşacağı və İngiltərə kimi sənayeləşmiş ölkələrdə yaşanacağını düşünmüşdü, ancaq Marksın düşüncələri baş tutmadı. Reallaşmadığı da onun ölümündən sonrakı 30-40 il içində açıq şəkildə bəlli olmuşdur. İngiltərədə və ya başqa sənayeləşmiş ölkələrdə bir inqilab olmamış, əksinə işçilərin ictimai və iqtisadi şəraitində yaxşılaşma baş vermişdi.


Müəllif haqqında

    1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. davamı...

Bir ayə, bir açıqlama

  • aye
  • ayeler
  • sure
  • sureler