ROMANTİZM

Site Search



Kommunİst romantİzmİn nÜmunələrİ

Kommunistlərin romantik ruh halını əvvəlcə insanlar hiss etmir, çünki kommunistlər həmişə elmdən, fəlsəfədən, ağıldan danışırlar. Halbuki, bu anlayışları da romantik fikir çərçivəsində qəbul edirlər. Elmin sübut etdiyi, amma qəbul etmək istəmədikləri həqiqətləri "burjua elmi" deyərək gözü bağlı rədd edirlər. Hətta Stalin bu dünyagörüşünü sistemləşdirmiş və öz dövründə "burjua elmi" və "proletarya elmi" kimi axmaq və süni ayrı-seçkilik yaratmışdı.

Kommunistlərin diqqət çəkən cəhətlərindən biri də milyonlarla insanın ölümünə səbəb olan cani liderləri xalq üçün çalışan, yüksək ləyaqətli, hətta fövqəlbəşər varlıqlar kimi göstərmə səyləridir. Bu yolla, xalqda kommunist liderlərə qarşı emosianal bağlılıq yaratmağı və törədilən günahları üzrlü göstərməyi hədəfləyirdilər.

Digər tərəfdən də kommunistlərin nəşrlərinə, jurnallarına, şeirlərinə ya da marşlarına diqqətlə baxdıqda, necə güclü romantizm yaşandığı görüləcək. Kommunistlər bəzi anlayışları bütləşdirmiş və onlara qarşı həddindən artıq emosianal bağlılıq yaratmışlar. Bunların başında "inqilab" anlayışı gəlir. Bir kommunist üçün inqilab, sözdə bütün pisliklərin sonu və bütün yaxşılıqların başlanğıcıdır. Əsla reallaşmayacağını bildiyi bu xəyala bir növ ümidsiz eşqlə bağlanır. Bu inqilbı heç bir zaman ağılla qiymətləndirməz.

İnqilab niyə ediləcək? İnqilab olduqda bir çox günahsız insanın qanı boş yerə axacaq, bütün cəmiyyət acı çəkəcəkdir, buna nə ehtiyac var? İnqilab olmadan da kasıb insanların həyat şəraiti düzələ bilməzmi? İnqilab olsa, iqtisadiyyatın vəziyyəti necə olacaq? Ölkə necə idarə olunacaq, daxili qarışıqlıqlar necə dayandırılacaq, xarici təhlükələr necə aradan qaldırılacaq? Bu həqiqi sualların kommunist üçün heç bir əhəmiyyəti yoxdur. Tək məqsəd inqilabdır. Əgər sadaladığımız suallara cavab vermək məcburiyyətində qalsa, Leninin, Stalinin və ya Maonun yazdığı kitablardan qəlibləşmiş sözləri köçürər, ancaq bu sualların cavablarını özü düşünməyə yanaşmaz. Onu inqilab fikirinə ən çox bağlayan faktor isə bu mövzularda yazılan romantik şeirlər, alovlu marşlardır.

Kommunist ədəbiyyatda tez-tez "çiçəklər içindəki gözəl ölkə" dən, "uzaqlardakı qırmızı günəş"dən və s. bəhs edilir. Əslində, inqilab və kommunist arasındakı əlaqə, bir növ, romantik eşq hekayəsi kimidir. Universitet, kitab sərgiləri, mədəniyyət mərkəzlərindəki kommunistlərə aid stendlər, kommunistlərin toplandığı barlar, kafelər araşdırıldıqda romantizmin müxtəlif simvollarla dəstəkləndiyini görərik. Zəncirlərini qıran güclü proleterya afişaları, sıxılmış yumruq fiqurları, sosializm uğrunda döyüşməkdən və ölməkdən bəhs edən inqilab mahnıları kommunist romantizmin ən məşhur simvollarıdır.

Bu romantizm bəzən paltarlara da əks olunur. Xaki rəngli paltar geyinən, başına da əsgər papağı qoyan kommunist bir gənc özünü Latın Amerikanın kommunist partizan lideri Çe Gevaraya oxşadır. Sözsüz ki, otağında və ya xüsusi əşyalarının arasında bir "Çe" plakatı var. Pop ulduzlarından təsirlənib onlar kimi geyinən romantik kollecli gənclərdən tək fərqi, özünə seçdiyi ulduzun musiqiçi deyil, partizan olmasıdır.

Kommunist romantizmin bir başqa maraqlı nümunəsi də özlərinə əzab vermək və digər insanların özlərinə yazığı gəlməsini təmin edərək zövq almalarıdır. Məsələn, həbsxanada "aclıq aksiyasına"na başlayaraq yersiz məqsəd uğruna özünü ölümə doğru aparan kommunist xadim, bu hərəkətinin özünə verdiyi ağrı və iztirabdan həzz alır, digər tərəfdən də digər insanların özünə acımasından zövq duyur. Çünki digər yoldaşları tərəfindən "mübarizə adamı" kimi bilinir və təqdir edilir.

Kommunist romantizmin əhəmiyyətli simvollarından biri də bu cür afişalardır. Bunlar xalqın kommunist ideologiya və kommunist liderlərlə emosianal əlaqəsinin güclənməsinə xidmət edir.

Kommunistlərin acı çəkməkdən aldıqları romantik zövq, bəzən çox şişirdilir. Kommunistlərözlərini diri-diri yandırmaq, seçdikləri yoldaşlarını dəmirlərə bağlayaraq üzərinə yanıcı maddə töküb atəşə vermək, sonra da qarşısına keçib o yanarkən kommunist marşlar söyləmək kimi qorxunc vəhşiliklərə əl atırlar. Bu ağılasığmaz dəhşəti reallaşdıranların, eynilə Nasist mitinqlərindəki izdihamlar kimi, bir növ "şüurlarının qapalı" olduqları, tamamilə emosianal və psixoloji sarsıntı keçirdikləri açıq şəkildə görünür.

Kommunistlər hədəflərinə əsla çatmayacaqlarını bildikləri halda, israrla ideologiyalarına bağlı qalmaları romantik inadları sayəsində reallaşır. "Səhv də olsa, müvəffəq olmasa da, mən kommunistəm və sonuna qədər elə qalacağam" düşüncəsi ilə kor-koranə bağlılıq nümayiş etdirirlər. Əlbəttə ki, ağıllı bir insan belə davranmaz.

Nəticədə, kommunizm də şeytanın insanları ağıldan və Allah`a imandan uzaqlaşdırmaq üçün istifadə etdiyi romantizm silahının bir parçasıdır. Kommunizm ağıllı bir ideologiya və fəlsəfə iddiası ilə ortaya çıxmasına baxmayaraq, əslində ağıla və elmə zidd iddialarla doludur. Bunların təxminən bir əsrdən çox hələ də israrla müdafiə olunmasının səbəbi kommunistlərin ideologiyalarına olan romantik bağlılıqlarıdır.


Müəllif haqqında

    1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. davamı...

Bir ayə, bir açıqlama

  • aye
  • ayeler
  • sure
  • sureler