Şübhəsiz Allah, insanlara heç bir şeylə zülm etməz. Ancaq insanlar, öz nəfslərinə zülm edirlər. (Yunus surəsi, 44)
Romantizminsanın ruhunda və mənəviyyatında ciddi dəyişikliklərə səbəb olduğu kimi, fiziki problemlərin də yaranmasına səbəb olur. Bunların başında insanın heç kəsdən gizlədə bilmədiyi fiziki dəyişikliklər gəlir, çünki ruhda yaşanan narahatlıqlar, gərginliklər, sıxıntılar təbii olaraq insanın xarici görünüşündə də əks olunur. Üz əzələləri, baxışları, mimikaları, əl və qol hərəkətləri, səs tonu bu insanların hər baxımdan hisslərinin təsiri altına girdiyini göstərir.
Əksər hallarda romantikinsanlarda "psixi" xəstəliklərə, yəni ruhi problemlərdən yaranan fiziki təxribatlara tez-tez rast gəlinir. Fiziki cəhətdən zəifləyərək gücdən düşür. Bunun nəticəsində, immun sistemi çökür, xəstəliklər baş qaldırır, yaxud da mövcud bir xəstəliyinin yaxşılaşması ləngiyir.
Xəstəliklərlə birlikdə saç tökülməsi, ağarması, solğunlaşması, dərinin nəminin çəkilərək quruması, elastikliyini itirərək qırışması, çatlaması, bunun nəticəsində hər cür infeksiyaya açıq vəziyyətə gəlməsi, hüceyrələrin yenilənməsi gecikdiyindən dəri xəstəlikləri, rəngin solması, gözlərin solğunlaşması kimi daha bir çox mənfi dəyişikliklər də baş verir. Bu səbəbdən də, hər şeyi özünə problem edən, romantik, kədərlənməyə meyilli insanlar erkən yaşda qocalırlar. Bədənləri illərlə, günün hər anında davam edən bu gərginliyə, emosional fırtınalara tab gətirmir. Nəticə etibarilə tez bir zamanda şiddətli yaşlılıq əlamətləri özünü biruzə verir.
Romantizmininsana fiziki olaraq verdiyi zərərlər bununla bitmir. İnsanın içindəki kədər üzünə və hərəkətlərinə də əks olunduğundan bütün aktivliyi, canlılığı, şövqü itir, bələliklə də insani gözəlliyi ciddi şəkildə zədələnir. Baxışlarının donuqlaşması, gözlərinin kiçilməsi, saçlarının seyrəkləşməsi və ya cansızlaşması, üz əzələləri gərildiyi üçün danışığının gərgin və tutqun olması bu dəyişikliklərdən yalnız bir neçəsidir. Belə ki, şən, rahat, dinc olan insanların gərgin, stressli, hər an ağlamağa meyilli olan insanlardan daha çox uzun ömür yaşadıqları, daha sağlam olduqları da bir çox elmi araşdırma nəticəsində təsdiqlənmiş həqiqətdir.
Romantizmin yaratdığı ruhi problemlər fiziki narahatlıqlara səbəb olur, bu da müxtəlif xəstəliklərlə özünü biruzə verir.
Bundan başqa, bədənlərindəki bu dəyişikliklərə baxıb dünyanın müvəqqəti yer olduğunu, nə qədər aciz olduqlarını düşünmək və Allah`a təslim olub iman gətirmək əvəzinə, yaşadıqları bu dəhşəti daha da artırırlar. Yaşlanmaqda, xəstələnməkdə xeyir olduğunu təqdir edə bilmədikləri üçün bu vəziyyətləri əhvallarını pozur, heç cür ağıllarından çıxara bilmədikləri bir narahatlığa çevrilir. Həkimlərin bir çoxu xəstəliklərin səbəbini kədər, sıxıntı, stress olduğunu açıqlayaraq, tək çıxış yolunun yenə də yüksək əhval-ruhiyyə olduğunu söyləyirlər. Stress və depressiyyadan yaranan yuxu və qidalanma nizamsızlığı, təzyiq xəstəlikləri, mədə, böyrək, ürək kimi daxili orqanlarda əmələ gələn müxtəlif xəstəliklər, astma kimi tənəffüs pozuqluqları, allergiya, eqzema, sədəf kimi dəri xəstəlikləri, migren, xərçəng növləri və daha bir çox problemin psixoloji vəziyyətdən qaynaqlandığı təsbit edilmişdir. Bədənin stressə olan reaksiyası nəticəsində, bədəndəki biyokimyəvi reaksiyalar enerji istehlakını maksimum səviyyəyə çatdırır. Bu stress halı davamlı olaraq yaşandıqda isə bədən funksiyaları dəyişərək balanssızlıqlara səbəb olur.
Stressin səbəb olduğu ağrılardan isə mütəxəssislər belə bəhs edirlər:
Stress, stressin səbəb olduğu gərginlik və ağrılar arasında mühüm əlaqə var. Stressin səbəb olduğu gərginlik damarların daralmasına, başın müəyyən bölgələrinə gedən qan axınının pozulmasına, həmin bölgəyə gedən qanın bir xeyli azalmasına səbəb olur. Digər tərəfdən də, bir toxumanın qansız qalması birbaşa ağrıya gətirib çıxarır. Çünki bir tərəfdən gərgin toxumanın daha çox oksigenə ehtiyacı olması, digər tərəfdən toxumanın onsuz da qeyri-kafi qanla bəslənməsi xüsusi ağrı-alıcıları yaradır. Bu zaman adrenalin və noradrenalin kimi stress zamanı sinir sisteminə təsir edən maddələr də ifraz olunur. Bunlar da birbaşa və ya bilvasitə əzələlərin gərginliyini artırır və sürətləndirir. Beləcə, ağrı gərginliyə, gərginlik təlaşa, təlaş da ağrının şiddətlənməsinə səbəb olur.
İman gətirməyən insanlarda depressiya, stress, sıxıntı nəticəsində yaddaş zəifləməsi, diqqət dağınıqlığı, yalnış qavrama, məntiqsizlik, şüursuz hərəkətlər müşahidə olunarkən, möminlər isə mənən və ruhən çox sağlam və stabil olurlar. Çünki əsl rahatlıq, daimi sevinc ancaq Allah`a təslim olmaqla, təvəkkül etməklə mümkündür. Möminlər də Allah`a və Allah`ın yaratdığı qədərə təslimiyyət və təvəkkül içində yaşadıqlarına görə, sevincləri də daimidir. Allah`dan nemət olaraq bu cür xəstəliklərin təsirlərindən qorunmuş olurlar.
Romantizmin insanlara gətirdiyi böyük bəla olan hüznə qapılmaq ancaq imanın gətirdiyi təvəkkül və sevinclə ortadan qalxar. Allah cənnətə gedən möminlərin bu şəkildə həmd etdiklərini bildirir:
Onlar deyəcəklər: "Qəm-qüssəni bizdən uzaq edən Allah`a həmd olsun. Həqiqətən, Rəbbimiz bağışlayandır, qədirbiləndir! (Fatir surəsi, 34)