ROMANTİZM

Site Search



Kədər və pessİmİzm

İnsan gözəlliklərdən zövq alan, sevinc, rahatlıq içində yaşayan tərzdə yaradılmışdır. Buna görə də, insan qarşısına çıxan problemləri ən qısa zamanda həll etməyə çalışmalı, ya da onlara müsbət yöndən baxmağı bacarmalıdır. Şübhəsiz ki, şən, xoşbəxt, rahat olmaq həm fiziki, həm də mənəvi cəhətdən sağlam olmaq üçün çox əhəmiyyətli ünsürlərdir.

İnsanlar Qurana görə deyil, öz ölçülərinə, öz istək və ehtiraslarına, hisslərinə görə hərəkət etdikləri zaman ürəklərində kədər, sıxıntı, qorxu hakim olur. Məsələn, Quranda təsvir edilən təvəkkül, qədər, təslimiyyət anlayışına sahib olmayan insan, sabahkı günün özünə və yaxınlarına nə gətirəcəyini bilmədiyinə görə narahatlıq içində yaşayır.Halbuki, insan Allah`ın qulları üçün seçib bəyəndiyi dinini yaşadığı, Quran əxlaqına sahib olduğu təqdirdə bu çətinliklərin heç birini yaşamayacaq. Allah elçiləri vasitəsilə bu gerçəyi belə xəbər verir:

... hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar. Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq... (Taha surəsi, 123-124)

İnsanların əksəriyyəti isə ayədə ifadə edildiyi kimi, Allah`ın zikrindən üz çevirdiyi üçün bədbəxt olur və çətin həyat yaşayır. Bundan başqa, həyatını təsadüflərin istiqamətləndirdiyini düşünərək özü üçün gələcəkdə gözəl nəticələnəcək hadisələri də bədbəxtlik, çatışmazlıq kimi görür, bunların da əzabını çəkir. İşdən çıxarılmaq, pulsuz qalmaq, xəyanət edilmək, xəstələnmək, ya da sevgi gözləyərkən biganəlik görmək, sədaqət gözləyərkən xəyanətlə qarşılaşmaq kimi qorxular isə daima zehinini məşğul edir. Hər an kədərli bir xəbər almağın, xoşuna gəlməyəcək bir münasibət, ya da sözlə qarşılaşmağın ehtimalı ilə pessimist ruhda olur. Ən rahat, xoşbəxt anında belə yaşadığı bu anı itirə bilməyin narahatlığını yaşayaraq sıxıntılı həyat sürür. Bir ayədə Allah Qurandan uzaqlaşaraq depressiv həyat yaşayan insanların vəziyyətini belə açıqlayır:

Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki (sıxıntının şiddətindən) göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər! (Ənam surəsi, 125)

Dindən uzaq yaşayan insanlar sevgi, şəfqət, mərhəmət, fədakarlıq, dostluq, təvazökarlıq kimi Qurandakı gözəl əxlaq xüsusiyyətlərinə malik olmayan insanlarla birlikdə olduqları üçün də təbii olaraq etibarsızlıq və narahatlıq içində olurlar. Mənfəətə əsaslanan dostluqların yaşandığı, kiçik səhvlərin belə hiddətlə qarşılandığı, hər kəsin bir-birinin haqqını yediyi, arxasından dedi-qodu etdiyi, səmimi fikirlərini söyləmədiyi süni bir sistemin içində yaşamaq emosianal insan üçün bədbəxtlik səbəbidir.

Ancaq bu şəxslər özlərinə görə gözəl mühitdə olsalar da, vəziyyət yenə də dəyişməz. Ətraflarında baş verən bir çox müsbət hadisələrə mənfi tərəfdən baxırlar. Havanın isti olması və ya soyuq olması, yağışlı olması, ya da küləkli olması, qısacası hər təfərrüata mənfi yanaşdıqlarından hər şey sıxıntıya çevrilir. Nümunələrini çoxalda biləcəyimiz bu məmnuniyyətsizlik halının gün boyunca davam etməsi Allah`ın "Elə isə qazandıqlarının cəzası olaraq az gülsünlər, çox ağlasınlar." (Tövbə surəsi, 82) ayəsinin bir təcəllisidir. Bir başqa ayədə Allah inkarçıların bu əhval-ruhuyyələrini belə bildirir:

Ona bir pislik üz verdikdə fəryad qoparar. (Məaric surəsi, 20)

İman gətirməyənlərin bədbəxtliklərinin başqa bir səbəbi isə planlarının gözlədikləri kimi getməməsidir. Məsələn, emosianal insan həyat yoldaşını məmnun etmək üçün yemək hazırlayar, istədiyi diqqəti görmədikdə kədərlənər, pul yığıb yoldaşına hədiyyə alar, ancaq kifayət qədər sevindirə bilmədiyini düşünərək yenə kədərlənər. Bədbəxtliyinin səbəblərinin sonu gəlməz. Pərəstiş etdiyi futbol komandasının məğlub olması, imtahandan aşağı qiymət alması, işə gecikməsi, yoldakı tıxaclar, saatını itirməsi, ən sevdiyi paltarının ləkələnməsi, bir sözlə hər şey bədbəxtliyinə səbəb ola bilər.

Hadisələri səthi gözlə qiymətləndirən, emosianal reaksiya verən şəxs ətrafında baş verən hadisələrin sonrakı mərhələdə özü üçün nə kimi xeyrləri ola biləcəyini ağılına gətirməz. Halbuki, avtobusa gecikdiyi üçün dərhal kədərlənən insan avtobusun qəza törətməyəcəyini hardan bilir? Bəlkə də, Allah qəzaya düşməmək üçün qədərində avtobusa gecikməsini səbəb etmişdir. Onu gecikdirən Allah`dır, hər hadisə kimi bu da qədərdir.

Duyğusal insan gündəlik həyatdakı hər incəliyi mənfi qiymətləndirib, olanlardan ötrü kədərlənər,hirslənər, peşman olar və ya bunları çatışmazlıq kimi qiymətləndirər.

Məsələn, çox istədiyi bir işə girə bilməyən insan buna görə kədərlənər, çünki işə girməsinin özü üçün çox xeyirli olacağını düşünər. Əksini isə çox böyük itki olaraq görər. Halbuki, imanlı insan Allah`ı dostu, vəlisi olaraq bildiyindən Allah`ın özü üçün təqdir etdiyi nəticəni təslimiyyətlə, sevinclə, şövqlə qarşılayacaq. Bəlkə, bu iş sağlamlığına mənfi təsir edəcək bir mühitdir, bəlkə daha yaxşı fürsəti əldə etməsi üçün bu işə girməməsi lazımdır.

Ya da səhər avtomobilinə minəndə avtomobilinin işləmədiyini görən şəxs bunu bir çatışmazlıq kimi düşünə bilər, ancaq avtomobil Allah dilədiyi üçün işləmir və Allah avtomobilin işləməsində xeyir görmür. İnsan bu hadisədəki hikməti bilməyə bilər, ancaq hikmətini bilsə də, bilməsə də Allah'dan razı olmalıdır.

İnsanlar hadisələr istəmədikləri şəkildə getdikdə buna çatışmazlıq kimi baxırlar. İnsan "çatışmazlıq" zənn edər, halbuki ən doğrusu qədərdə o hadisənin elə olmasıdır. Gün ərzində insanları kədərləndirən, hirsləndirən, çatışmazlıq, tərslik kimi görünən hadisələrin hikmət və xeyirlərini Allah göstərsə, insan kədərlənməsinin nə qədər səhv olduğunu anlayar və əksinə sevinc içində olar. Qədər insana bütün olaraq göstərilsə, ya da çatışmazlıq kimi görünən hadisələri qədər içərisində görsə, olanlar üçün heç kədərlənməz.

Buna görə də ən ağıllı hərəkət Allah`a təslim olaraq yaşamaqdır. Fərqinə varsa da varmasa da, qəbul etsə də etməsə də hər kəs Allah`a təslim olmuşdur, ancaq bunun şüurunda olmaq vacibdir. Bu şüura sahib möminlər hüzur və güvən içində Allah`ın özləri üçün təyin etdiyi qədəri film seyr edirmiş kimi rahat yaşayarlar.

İnsanların əksəriyyəti doğum, ölüm, əcəl, ruzi kimi mövzuların xaricindəki məsələlərin qədərdə olmadığını, ehtiyatsızlıqdan, tədbirsizlikdən meydana gəldiyini güman edir. Halbuki, bu səhv inanc onları qədərdə təsbit edilmiş hadisələrə qarşı üsyan etmələrinə və kədərlənmələrinə səbəb olur. Bundan başqa, bütün hadisələri əleyhlərində qiymətləndirmələri də onlara əzab verir. Bunun nəticəsi olaraq romantik insanların şən halları da çox qısa və anlıq olur. Bir şeyə çox sevindikdən qısa müddət sonra kədərlənəcəkləri bir şeyi yada salıb pessimist əhval ruhiyyəyə geri dönürlər.Bütün bunlar dini yaşamamanın təbii və qaçınılmaz nəticələridir. İman olmadığında insan hüznə və ümidsizliyə məhkumdur. Belə ki, dünyada Allah`ın əmr və tövsiyələrinə tabe olmadan ömürlərini məsuliyyətsizcə başa vuranlar axirətdə bu bədbəxtliklərini özləri təsdiq edirlər:

Onlar deyəcəklər: "Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq". (Muminun surəsi, 106)

Əlbəttə ki, Allah insanı dünyada bəzi çətinliklərlə sınaya bilər, ancaq mömin Qurandan xəbərsiz insanlar kimi bu çətinliklər qarşısında bədbinliyə qapılmaz, hisslərinə qapılmaz, çünki bilir ki, Allah onun bu çətinlik qarşısında necə davranacağını sınamaqdadır. Bunun çarəsi də nə ağlamaq, nə kədərlənmək, nə də heyifslənməkdir. Bunun çarəsi, "darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran" (Nəml surəsi, 62) Allah`dan kömək istəməsi, yalnız Ona güvənib dayanması və Allah`ın duasına qarşılıq verəcəyindən əmin olmasıdır. Allah mömin qullarına Quranda belə vəd etmişdir:

Bilin ki, Allah`ın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər. Onlara dünyada da, axirətdə də müjdə vardır. Allah`ın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)! (Yunus surəsi, 62-64)

Allah çətinlik kimi görünən hadisələri də xüsusi olaraq bir çox hikmətlə yaradır. İman gözüylə baxan insan Allah`ın yaratdığı hər şeydəki gözəllikləri, hikmətləri görərək şövqlənir, sevinci daha da artır. Buna görə də Allah`a olan təslimiyyəti onun ruhən dinc və rahatlıq içində yaşamasını təmin edir.

Emosianallıq isə insanları bu təvəkkül şüurundan tamamilə uzaqlaşdırır, onları hadisələr qarşısında şişirdilmiş sevinclərə və ya şişirdilmiş kədərə aparır. Allah bu cür şəxslərin vəziyyətini və möminlərin bunlardan fərqini Quranda belə təsvir edir:

Əgər insana Özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan onu geri alsaq, o, naümid və nankor olar. Əgər başına gələn müsibətdən sonra, ona firavanlıq daddırsaq: "Bəlalar məndən sovuşdu!"– deyər və sevinib lovğalıq edər. Səbir edib yaxşı işlər görənlər istisnadır. Məhz onlar üçün bağışlanma və böyük bir mükafat vardır. (Hud surəsi, 9-11)


Müəllif haqqında

    1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. davamı...

Bir ayə, bir açıqlama

  • aye
  • ayeler
  • sure
  • sureler