Romantizm insanın ağıl və məntiqlə deyil, hissləri ilə hərəkət etməsidir. Romantizm, ümumiyyətlə hər insanda müxtəlif dərəcədə özünü göstərsə də, dindən uzaq cəmiyyətlərin bütün fərdlərində rast gəlinən ruhi xəstəlikdir. Qurandan uzaq, dini yaşamayan insanın özünü romantizmdən tam olaraq xilas etməsi mümkün deyil, çünki emosianallıq ancaq insanın ağılla, yəni Quran əxlaqına uyğun yaşaması ilə ortadan qalxacaq. Qurana tabe olmayan insanın isə əvvəl də ifadə etdiyimiz kimi, ağıllı düşünməsi mümkün deyil.
Kədərlənmək, pessimizmə qapılmaq, çıxılmaz vəziyyətdə olduğunu sanmaq təvəkküldən uzaqlaşmış insanların yaşadıqları romantizmin əsas əlamətləridir. Halbuki, insan nə qədər böyük problemlərlə qarşılaşsa da, Allah`a güvənmək, ümidvar olmaq və buna uyğun davranmaqla məsuliyyət danışıyır.
Romantizm cahiliyyə cəmiyyətlərində məqbul sayılan, "yaxşı insan"olmağın ölçüsü kimi qəbul edilən, hətta bəzilərinin bu xüsusiyyətilə fəxr etməsinə səbəb olanruhi xəstəlikdir. Ancaq cəmiyyətin əksəriyyətində emosianallıq elə müsbət məna qazanmışdır ki, ağlamayan insana asanlıqla ürəksiz, daşqəlbli və qəddar insan deyilir.
Görəsən, emosianallıq zənn edildiyi kimi bu qədər məsum xüsusiyyətdirmi?
Bu sualı cavablandırsaq, emosianallığın çox dəhşətli nəticələr doğurduğu həqiqəti ilə qarşılaşarıq. Əvvəlki hissələrdə bunun ictimai sahədəki təsirlərini açıq şəkildə gördük. Ancaq emosianallığın gündəlik həyatda da çox zərərli təsirləri yaşanır. Belə ki, emosianallıq insanların şikayət etdikləri və çarə axtardıqları bir çox mövzuda aciz qalmalarının başlıca səbəblərindəndir.
Emosianal insan çətinlikdən və hüzndən əsla xilas ola bilmir. Öz əli ilə özünə zülm edir.
Halbuki, problem kimi dilə gətirilən hər çətinliyin həlli Quranda mövcud olduğundan, Qurana uyğun yaşayan insanlar, yaxud da cəmiyyətlər ağılın qazandırdığı üstünlüklərə sahib olur və bunun rahatlığını yaşayırlar:
... Sizə Allah`dan bir nur və açıq-aşkar bir Kitab gəldi. Allah, razılığına uyanları bununla qurtuluş yollarına çatdırar və onları Öz icazəsiylə qaranlıqlardan nura çıxarar. Onları dümdüz yola yönəldib-çatdırar. (Maidə surəsi, 15-16)
Uşaqlıqdan bəri həmişə ağlayan insanlar, yaxud da qəzetdə oxuduğu haqsızlığa, televizorda gördüyü ac insanlara kədərlənənlər, onların bu vəziyyətinə görə üzüldüklərini ifadə edənlər vicdanlı insanlar kimi göstərilmişdir.
Halbuki, emosianal insanların ciddi maraq və səy göstərmədən yalnız göz yaşı tökərək və şikayətlənərək göstərdikləri bu reaksiyaları heç bir fayda və çarə gətirməz. Onsuz da, bu cür insanlar ağlayıb dərd etdikləri şəxslərin problemlərinə çarə tapmaqdan daha çox, onların halına acımaqdan zövq alır, şüuraltında romantizmin qaranlıq halını yaşamaq nəfslərinə xoş gəlir. Pessimizm, ümidsizlik, ağrı, kədər kimi cəhənnəmə xas xüsusiyyətlərin bu dünyada şeytanın romantizmlə azdırdığı insanlara cazibədar gəlməsi də olduqca maraqlıdır.
Həmçinin, bu mövzunun əhəmiyyətli bir cəhəti də var: Televiziya qarşısına keçib heç nə etmədən gözyaşı axıdan bu insanlara bir şey etmələri təklif edilsə, fəaliyyətə keçmələri buyurulsa, dəyişən bir şey olmaz. Bu zaman da "mənim etdiyimdən nə olar?", "mən tək başıma nə edə bilərəm ki?" kimi bəhanələrlə mövzudan sıyrılmağa çalışarlar.
Romantik insanlar ətraflarında yaratdıqları mənfi aura nəticəsində hadisələri qarışıq və çarəsiz göstərərək özləri kimi ətraflarındakıları da pessimizmə və ümidsizliyə sövq edirlər.
Pessimizm, ümidsizlik, ağrı, kədər kimi cəhənnəmə xas xüsusiyyətlərin bu dünyada şeytanınazdırdığı insanlara cazibədar görünməsi çox qəribədir. İnsanlar Allah`a təvəkkülün hüzurunuyaşamaq əvəzinə, özlərini sonu görünməyən çətinliyə salırlar.
Bir çox gözəl əxlaq xüsusiyyəti romantizmlə birgə yaşandıqda gözəlliyini itirir, hətta çox təhlükəli hala çevrilir. Məsələn, şəfqət Allah`ın Quranda təşviq etdiyi üstün əxlaq xüsusiyyəti olmasına baxmayaraq, emosianal insanın yanaşması ilə şəfqət hissi zalım kimsəyə acımaq, bu insanın etdiklərini xoş qarşılamaq, zülmünə razı olmaq kimi səhv formalarda tətbiq olunur. Bu baxımdan, ağıllı insan üçün romantizmə aid heç bir üslubu, heç bir davranışı və məntiqi məqbul görmək mümkün deyil, çünki bu zehniyyət insanın daxilində olduğu müddətcə emosianal hərəkətlər mühit və şəraitə görə daha təhlükəli formada ortaya çıxa bilər.
Ancaq burada həssas və diqqətli olmaqla emosianal olmaq arasındakı fərqi də ifadə etmək lazımdır. "Həssas, mülayim olmaq" Allah`ın Quranda peyğəmbər xüsusiyyəti olaraq vurğuladığı üstün bir xüsusiyyət olduğu halda, emosianallıq Quranda təsvir edilən əxlaqın tam tərsidir. Möminlər emosianal deyil, həssas və insancıl insanlardır. Digər sözlə, həm üstün ağıl sahibi, təmkinli insanlardır, həm də insani cəhətləri çox güclüdür. Əsl üstünlük də insanın bu xüsusiyyətlərə bir yerdə sahib ola bilməsidir. Allah Quranda İbrahim peyğəmbərin bu gözəl əxlaqını "Doğrusu İbrahim, həlim (yumşaq xasiyyətli, mülayim) və könüldən (Allah`a) yönələn biriydi" (Hud surəsi, 75) ayəsi ilə bildirir.
Unudulmamalıdır ki, romantik yaxud da emosianal insanlar bir insana yalnız acıyar, onu olduğu çətin vəziyyətdən qurtarmaq, problemlərinə çarə tapmaq üçün heç bir cəhd göstərməzlər. Amma Allah`ın əmr etdiyi həssaslığa sahib insan, halına acıdığı insanlara kömək etmək üçün də əlindən gələni edər, problemlərə çarə axtarıb tapar, insanları çətin vəziyyətdən çıxarmaq üçün lazımi bütün tədbirləri görər. Əsl şəfqət və sevgi də budur.