ROMANTİZM

Site Search



Romantİk mİllİyyətçİlİyİn şİzofrenİyası

Yuxarıda nasist dövründə yaşamış romantik milliyyətçiliyin simvolu olan, alman irqi, millətləri adına vuruşmağı təşvik edən təbliğat afişası var.

Romantik milliyyətçilər insanın ağılla deyil, "duyğu və hissləri" ilə doğrunu tapacağını düşündükləri üçün çox əsassız, qarışıq və azğın düşüncələrə və ruh halına malikdilər. Amerika tarixçisi professor Gerhard Rempel "Reform, Liberation And Romanticism In Prussia" (Prussiyada İslahat, Azadlıq və Romantizm) başlıqlı məqaləsində romantik milliyyətçilərin daxili dünyasını belə təsvir edir:

Romantiklər fantaziyaya, romantikliyə və simvolizmə gedən yolu seçdilər. Ruhi olaraq davamlı ölümlə maraqlandılar, gecənin zülmət qaranlıqlarında melanxolik böhranlar keçirdilər. (Romantik milliyyətçiliyin öndərlərindən) Novalis "həyat ruhun bir xəstəliyindən ibarətdir" deyirdi. Burada qarşımıza çıxan faktor estetik pessimizmin başlanğıcıdır...

Romantizm - insan ruhunun dərinliklərindəki ağıldan kənar (irrasional) gücləri ortaya çıxardı... Döyüş haqqındakı vətənpərvər ədəbiyyatın köməyi ilə "ruhun rəqsi" deyilən bu düşüncə cəmiyyətin geniş kütlələri içərisində yayılmış oldu....

Alman romantikləri estetizm mədəniyyətini inkişaf etdirdilər ki, bu da ağılın rədd edilməsinə və həqiqətin bir anda, anidən qavranması cəhdinə əsaslanırdı. Bu nəzəriyyəyə görə, şeir- mütləq həqiqətin özü idi. (Gerhard Rempel, "Reform, Liberation And Romanticism In Prussia", https://mars.wnec.edu/grempel/coyrses/germany/lectures/07 reform.html)

Romantik milliyyətçiliyin təməli ona əsaslanırdı ki, duyğular "əsl dünya" kimi qəbul edilməlidir. Bu xəyalpərəst düşüncə reallıqdan tamamilə uzaq, öz ruhi sıxıntıları içində yaşayan insanlar meydana gətirdi. Romantizmin bu təsirini insanı reallıqdan ayıran, bəzi duyğulara əsir edən şizofreniyaya bənzətmək mümkündür. (Şizofreniya xəstələri reallıqdan tamamilə uzaqlaşırlar, xəyal dünyaları içində yaşayırlar.)

Bu şizofreniyalı ruh halının bir nümunəsi də romantik milliyyətçilərin bəzi anlayışları bütləşdirməsidir. Bunların başında "qan" və "torpaq" anlayışları dururdu. Almaniyada XX əsrin əvvəlində meydana gələn "Blut und Boden" (Qan və Torpaq) adlı fikri cərəyan alman qanının və alman torpaqlarının müqəddəs olduğunu, alman soyundan olmayan xalqların bu qanı və torpağı kirlətdiklərini iddia etmişdi. Bu cərəyan nasist ideologiyasına da böyük təzyiq göstərdi. Nasistlər qan tökülməsini müqəddəs bir hərəkət kimi görürdülər. Hitlerin 1923-cü ildəki müvəffəqiyyətsiz həmləsi nəticəsində yaralanan nasistlərin qanları ilə islanmış partiya bayrağı sanki bütə çevrilmişdi. "Blutfahne" (Qan Bayrağı) adı verilən bu bayraq olduğu kimi mühafizə edilmiş və hər nasist mərasimində müqəddəs simvola çevrilmişdi. Hətta Nasist partiyasının on minlərlə yeni bayrağı Blutfahneyə sürtülmüş və ondakı "müqəddəs" gücün bu yeni bayraqlara da keçdiyi düşünülmüşdü. (Michael Baigent, Richard Leigh, Henry Lincoln. The Messianic Legacy, London: Corgi Books, 1991. s.199)

Müəllif haqqında

    1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. davamı...

Bir ayə, bir açıqlama

  • aye
  • ayeler
  • sure
  • sureler