ROMANTİZM

Site Search



Qəzəb və əsəb

Zərər vermək insanın ağılla deyil, hissləri ilə hərəkət etdiyinin göstəricisidir.

Emosianallıq qadınlarda daha çox kədər, pessimizm, ağlama, şikayətlənmə formasında, kişilərdə də daha çox qəzəblənərək, əsəbləşərək özünü biruzə verir. Məsələn, emosianal bir kişi dayanacaqda özünə aid yerdə başqasının maşınını görüb əsəbləşə, avtomobilini təpikləyə bilər. Yaxud da yolda gedərkən birinin səhvən çiyninə toxunması asanlıqla əsəbləşməsinə səbəb olar. Evdən çıxarkən açarı evdə unudan uşağına, telefonda gözlədən katibəyə, tıxacda digər maşınlara əsəbiləşib ağızına gələni söyləyə bilər. Məntiqli insanın asanlıqla təhlil edəcəyi problemlər qarşısında romantik insan şişirdilmiş və gərəksiz reaksiyalar verərək özünə zərər verir.

Kişilərdə hirs və əsəb formasında biruzə verən emosianallığa "dəliqanlılıq" adı verilir. Bu cür insan hər an hər cür kobud davranış göstərə bilər. Ani qəzəb nəticəsində qarşısındakını yaralaya, xəstəxanalıq edə və yaxud da öldürə bilər. Bəzən qarşısındakı insan heç tanımadığı şəxsdir. Qəzet səhifələri belə insanların törətdikləri hadisələr və etdikləri cinayətlərlə doludur. Şən başlayan axşamın sonunda birdən əsəbiləşib dostlarını, yaxınlarını döyə və küçədə gedərkən "tərs baxdığı" üçün tanımadıqları insanı bıçaqlaya bilərlər. Bir anlıq öz nəfsinə tabe olaraq ömürlərinin qalan hissəsini həbsxanada keçirirlər. Ən vacibi isə Allah Qatında haqsız yerə bir insanı öldürmək kimi böyük günah edirlər.

Əsəb qorxunc nəticələr doğuran, hər an partlamağa hazır vəziyyətə gətirən təhlükədir. Bu cür insan özünə qarşı edilən səhv hərəkətə görə hirslənib başına müxtəlif dərdlər açır.

Qəzet səhifələrini vərəqlədikdə ani hirs və əsəb nəticəsində insanların törətdikləri cinayətlərlə qarşılaşırsınız. Şən başlayan axşamın sonunda birdən əsəbiləşib dostunu, yaxınlarını döyənlər, küçədə gedərkən "tərs baxdığı" üçün tanımadıqları insanı bıçaqlayanlar, birjada itirdiyi pullara görə ailəsini öldürənlər, əsəbləşib yoldaşını öldürənlər ...

Bu insanların bir anlıq hisslərinə tabe olmaları həyatlarının qalan hissəsini həbsxanada keçirmələrinə, ən vacibi isə insanları öldürmək kimi böyük günah etmələrinə səbəb olur. Bütün bunlar şeytanın insanları ağıldan uzaqlaşdırıb nəfs və ehtirasları ilə hərəkət etməsi, ani hisslərə qapılması ilə reallaşır.

Xüsusilə, xarici ölkələrdə bəzi azarkeşlərin etdikləri vəhşiliklər romantizmin yol açdığı ağılsızlığa bariz nümunədir. Bıçaqla, dəyənəklə tanımadıqları insanlara hücum edən bu şəxslər şeytanın ağıl və şüurlarını korlaşdırdığı, cəmiyyətə təlqin etdiyi bəlaya çevrilmişdir. Halbuki, Allah insanlara şeytandan çəkinməyi, zorakılıq deyil, sülh və təhlükəsizliyi əmr etmişdir:

Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir! (Bəqərə surəsi, 208)

Burada emosianallıqla ağıllı davranış arasındakı fərqi ayırmaq vacibdir. Zülmə və pisliyə qarşı bəslənən nifrət insanı ədalət, sülh və yaxşılıq mövzusunda daha həssas olmağa, zülm və pisliyi aradan qaldırmağa, zalımlara qarşı çıxmağa, günahsız və acizlərin haqqını qorumağa yönəldir. Allah`ın insanlara verdiyi bu ədalət hissi ağıl və iradə ilə nəzarət edilməsə çox pis fəsadlara gətirib çıxarar. Ağıl və iradədən məhrum insanlar hisslərini cilovlaya bilmir, doğru yoldan ayrılaraq şeytanın istədiyi istiqamətə yönəlirlər. Allah başqa bir ayəsində insanları şeytana qarşı belə xəbərdar etmişdir:

Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi əmr edər. Əgər Allah`ın sizə neməti və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər. Allah (hər şeyi) eşidəndir, biləndir! (Nur surəsi, 21)

Müəllif haqqında

    1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. davamı...

Bir ayə, bir açıqlama

  • aye
  • ayeler
  • sure
  • sureler