ROMANTİZM

Site Search



Mömİnlərİn sevgİsİ

Sevgi duyğusunun Allah`dan başqasına, Onun yaratdıqlarına yönəldilməsi şirki ortaya çıxaran əhəmiyyətli bir səbəbdir. Əvvəlcə də ifadə etdiyimiz kimi, möminlər yalnız Allah`ı sevirlər, digər möminləri və Allah`ın yaratdıqlarını da onlarda Allah`ın təcəllilərini, Allah`ın isimlərini gördükləri üçün sevirlər. Allah`dan müstəqil, Ondan asılı olmayan varlıqlar kimi sevməzlər. Bu da xalis imanın şərti və göstəricisidir.

Möminin sevgisi nurlu, ürəkdə hüzur yaradan sevgidir, çünki sevgisinin həqiqi sahibi Allah`dır. Buna görə də, dünyada əsl sevdiyinin Allah olduğunu bildiyi üçün sevdiyi kimsə, yaxud varlıq öldükdə, sevdiyi bir əşya itdikdə və əlindən alındıqda mömin kədərlənməz, məhrumiyyət, ayrılıq ağrısı çəkməz, çünki sevdiyi varlıqdakı maddi- mənəvi bütün gözəlliklərin, təcəllilərin gerçək sahibi Allah`dır. Allah əbədi və əzəlidir. Ən əhəmiyyətlisi isə, özünə şah damarından daha yaxındır. Allah yalnız qulunu sınamaq üçün müvəqqəti bəzi təcəllilərini ondan geri almışdır. İnsan imanlı olduğu və Allah`a təvəkkül etdiyi müddətcə, Allah istəsə həm bu dünyada, həm də axirətdə sonsuza qədər bir çox gözəl isimləri ilə təcəlli edəcək. Bu sirri dərk etdiyi və səmimi imana qovuşduğu üçün möminə kədər və acı verəcək heç bir vəziyyət ola bilməz. Allah möminin bu ruh halını belə təsvir edir:

Həqiqətən də: "Rəbbimiz Allah`dır!"– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Əhqaf surəsi, 13)


Müəllif haqqında

    1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. davamı...

Bir ayə, bir açıqlama

  • aye
  • ayeler
  • sure
  • sureler