ROMANTİZM

Site Search



Nətİcə

Bütün bunlar romantizmin tamamilə dindən uzaq və dinə zidd psixologiya və dünyagörüş olduğunu bir daha göstərir. Ortaya atıldığı ilk gündən etibarən, demək olar ki, ateizmə bənzəyən darvinizmin romantizmlə sıx bağlı olması bu cəhətdən açıq göstəricidir.

Romantik milliyyətçiliyin darvinizmlə əlaqəsi və nasist hərəkatın meydana gəlməsindəki rolu bizə çox əhəmiyyətli bir həqiqəti də göstərir:

Romantizm istər fərdlər, istərsə də cəmiyyətlər üçün çox təhlükəli cərəyandır. Çünki romantizmə qapılan insanlar öz irqlərinin başqalarından üstün olduğuna, müharibələr edərək bütün dünyanı zəbt etmə haqqına sahib olduqlarına, başqa millətləri ortadan qaldırmanın və ya özünə tabe etmənin isə çox normal olduğuna inanırlar. Ağıla, sağlam fikrə və vicdana zidd düşüncələrə asanlıqla qapıla bilirlər.

Nasist Almaniyası romantizmin dağıdıcı və zülmedici təsirini göstərən ən əhəmiyyətli tarixi nümunələrindən biridir. Nasistlərin 1933-cü ildə iqtidara gəlməsi ilə birlikdə Hitler və qərargahları alman cəmiyyətinə qarşı sanki "romantik beyin yuma" kampaniyasına başlamış və romantik milliyyətçiliyin şüursuz iddialarını qısa zamanda cəmiyyətə mənimsətmişlər. 1930-cu illərin sonlarına doğru alman xalqının əksəriyyəti tezliklə bütün dünyanı idarə edəcək 1000 illik "Alman Krallığı"nın (III Reich) qurulacağına, alman irqinin "saflaşdırılması" məqsədilə ölkədəki digər xalqların məhv edilməsinin lazım olduğuna, Hitlerin metafizik gücə malik yenilməz bir "öndər" (Führer) olduğuna və özlərini zəfərə aparacağına inanmışdılar. Hitlerin hirsli, təcavüzkar, paranoid və təkəbbürlü nitqlərini göz yaşları içində dinləyərək özlərindən gedən insanlar sanki kütləvi surətdə ovsunlanmışdılar.


Nasistlərin məşhur Nuremberg mitinqləri "romantik beyin yuma"nın ən parlaq nümunəsidir. Amerikalı tədqiqatçılar Baigent, Leigh və Linkoln bu mitinqləri belə təsvir edirlər:

Pis şöhrətə sahib Nuremberg mitinqlərində... hər şey - formaların və bayraqların rəngləri, natiqlərin yeri, proqramın gecə yarısına qədər davam etməsi, proyektorların istifadəsi, zamanı - çox diqqətli şəkildə hesablanırdı. Bu mitinqlərdə çəkilən filmlər insanların sanki özlərini sərxoş etdiklərini, "Sieg Heil" Nasist şüarını davamlı təkrarlayaraq Hitlerə sanki tapınarcasına Nasist salamı verdiklərini göstərir. Kütlələrin üzündə bomboş zehniyyətin gətirdiyi xoşbəxtlik oxunurdu... Bu onların razı olduqlarını göstərmirdi. Əslində, Hitlerin ifadələri heç də razı salıcı deyil. Hər zaman uşaq kimi eyni şeyi təkrarlayan, boş məzmunlu nitqlərdir, amma bu nitqləri təşkil etmə forması zəhərli enerjiyə malikdir, bir baraban ritmi kimi hipnozedicidir... Hitlerin mitinqlərində görünən şey psixoloqların mistik təcrübələri açıqlamaq üçün istifadə etdikləri "şüur qapanması" vəziyyətidir. (Michael Baigent, Richard Leigh, Henry Lincoln. The Messianic Legacy, London: Corgi Books, 1991. s. 194)

Qısacası, Nasist mitinqləri insanları tamamilə ağıldan uzaqlaşdıran və romantizm ovsununun təsiri altına alan kütləvi hipnoz seanslarıdır. Bu romantik vəziyyət II Dünya müharibəsinin başlanmasına və 55 milyon insanın həyatına bais olmuşdur.

Nasism romantizmin dağıdıcı təsirlərinin yalnız bir nümunəsidir. Romantizm insanları ağıldan uzaqlaşdırdığı və ağıl yerinə hissləri hakim etdiyi üçün onları hər cür azğınlığa sürükləyə bilər. Buna görə də, romantik bir insanı hər istiqamətə yönlətmək asandır, qısa zamanda qatı bir irqçiyə və faşistə çevrilə bilər. Yaxud da kommunist olub, leninist marşlar söyləyərək günahsız insanlara təzyiq göstərə, hətta özünü atəşə belə ata bilər. Çox mərhəmətsiz və sərt olan romantik insanın bir neçə saat sonra gözyaşları içində hıçqıra-hıçqıra ağlamasını da görmək mümkündür. Ağıl ortadan qalxdıqda və insan duyğularına -daha doğrusu şeytanın nəfsində oyatdığı ehtiraslara- əsir olduqdan sonra, insan həddini aşmasında və anormallıqda sərhəd tanımaz.

Müəllif haqqında

    1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. davamı...

Bir ayə, bir açıqlama

  • aye
  • ayeler
  • sure
  • sureler