Romantizm
Romantizm, dünyada yüz milyonlarla insanı öz təsiri altına almış cahiliyyə mədəniyyətidir. Əslində, şeytanın insanları Allah`ın yolundan döndərmək üçün istifadə etdiyi silahlardan biridir. Çünki romantizmin pəncəsinə düşmüş insan ağlından istifadə edə bilmir. Ağlını istifadə etmədiyində isə nə özünü yaradan Allah`ı təqdir edə bilir, nə Onun dəlilləri və hikmətləri üzərində düşünə bilir, nə də Quran əxlaqının incəliklərini qavrayıb yaşaya bilir.
Davamı
Özünə qapanma
Romantizm bəzi insanlarda içinə qapanmaq, insanlarla ünsiyyətdən qaçmaq formasında özünü göstərir. Bu cür vəziyyətdə insan yalnız öz dünyasında, öz problemləri ilə maraqlanır və ətrafında baş verənlərə qarşı laqeyd olur. Quranda əmr edilən güclü iradəyə sahib olmadığından dünyada baş verən hadisələrə tab gətirəcək gücü olmur, qarşısına çıxan problemlərin öhdəsindən gələ bilmir; hər zaman aciz və çarəsiz görünür.
Davamı
Möminlərin sevgisi
Sevgi duyğusunun Allah`dan başqasına, Onun yaratdıqlarına yönəldilməsi şirki ortaya çıxaran əhəmiyyətli bir səbəbdir. Əvvəlcə də ifadə etdiyimiz kimi, möminlər yalnız Allah`ı sevirlər, digər möminləri və Allah`ın yaratdıqlarını da onlarda Allah`ın təcəllilərini, Allah`ın isimlərini gördükləri üçün sevirlər. Allah`dan müstəqil, Ondan asılı olmayan varlıqlar kimi sevməzlər. Bu da xalis imanın şərti və göstəricisidir.
Davamı