Romantizm, dünyada yüz milyonlarla insanı öz təsiri altına almış cahiliyyə mədəniyyətidir. Əslində, şeytanın insanları Allah`ın yolundan döndərmək üçün istifadə etdiyi silahlardan biridir. Çünki romantizmin pəncəsinə düşmüş insan ağlından istifadə edə bilmir. Ağlını istifadə etmədiyində isə nə özünü yaradan Allah`ı təqdir edə bilir, nə Onun dəlilləri və hikmətləri üzərində düşünə bilir, nə də Quran əxlaqının incəliklərini qavrayıb yaşaya bilir. Çünki din əxlaqının yaşanması ağılla mümkündür və Allah Quranı "ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün" endirmişdir. (Sad surəsi, 29)
Qısacası, romantizm xəstəliyi müalicə edilməsə, bir insanın dini əsl mənada qavraması və yaşaması mümkün deyil. Romantizm aradan qaldırılmazsa, dünyadakı saysız qarşıdurmanın, insanların özlərinə etdikləri zülmün, səbəbsiz ağrı-acının, hüzn və təcavüzkarlığın da ortadan qalxması mümkün deyil.
Bu saytda romantizmdən danışılmasındakı əsas məqsəd təhlükəsiz kimi göstərilən, amma əslində insanlara hesaba qatmadıqları zərər verən bir mövzuya diqqət çəkməkdir. Adi bir xüsusiyyət zənn edilən romantizmin istər cəmiyyətlər, istərsə də fərdlər üçün nə qədər ciddi bir təhlükə olduğunu gözlər önünə sərməkdir. Əlbəttə, bu təhlükədən xilas olmaq Allah`ın bütün insanlara rəhbər olaraq göndərdiyi Qurana uyğun yaşandığı təqdirdə mümkündür.
Bu saytda romantizmi ələ alacaq, bu cahiliyyə mədəniyyətinin tarixdəki və gündəlik həyatımızdakı bəzi nümunələrini araşdıracağıq. Heç kimin özünü bu təhlükədən uzaq görməməsi və şeytanın hər insanı sürükləməyə çalışdığı bu bataqlığa qarşı hər kəsin diqqətli olması lazımdır.